Gəncədə məktəblilər GDU-nu seçir

Gəncədə məktəblilər GDU-nu seçir
07 2017 08:47

Gəncə Dövlət Universitetinin şəhər orta məktəbləri ilə əməkdaşlıq əlaqələri
Universitetin rektoru, professor Yusif Yusibovun 07.03.2017-ci il tarixli əmrinə müvafiq olaraq universitetimizin fəaliyyətinin təbliği ilə bağlı işçi qrupu yaradılmışdır. Həmin qrupun üzvləri Gəncə şəhəri 1, 23 və 8 nömrəli tam orta məktəblərdə 2017 –ci ilin aprelin 3 -də yüksək səviyyəli tədbirlər həyata keçirmişlər.
İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə məktəbin direktor Qarayeva Mətanət Ələsgər qızı çıxış edərək qeyd etdi ki, o, Gəncə Dövlət Universitetinin məzunu olmuş və bu məktəbdə çalışan müəllimlərin 80 %-dən çoxu həmin təhsil müəssisəsini bitirib. M. Qarayev şagirdlərə gələcəkdə ali təhsil almaq üçün məhz Gəncə Dövlət Universitetini seçmələrini tövsiyyə etdi.
İşçi qrupunun üzvləri bildirdilər ki, son illərdə universitetin maddi-texniki bazası ildən- ilə genişlənir. Hazırda universitetimizin beynəlxalq əlaqələri sürətlə inkişaf edir. Bu istiqamətdə aparılan işlər nəticəsində universitetin professor-müəllim heyətinin, bakalavr və magistrlərin, gənc tədqiqatçıların xaricdə elmi araşdırmalar aparmağa və təhsillərini davam etdirməyə imkan yaranmışdır.
Çıxışlardan sonra Universitetin həyatını əks etdirən videomateriallar nümayiş etdirildi, bukletlər, suvenirlər şagirdlərə hədiyyə olundu. Sonda xatirə şəkilləri çəkildi.
Daha sonra, Universitetin işçi qrupu həmin gün Gəncə şəhər 23 saylı tam orta məktəb pedaqoji kollektivi və yuxarı sinif şagirdləri ilə görüş keçirmişdir.
Görüşdə işçi qrupun rəhbəri dosent M. Məmmədov çıxış edərək qeyd etdi ki, 23 №-li məktəbi universitetimizlə daim əməkdaşlıq edir. Məktəbin direktoru Axundova Lətafət Hüseyn qızı də Riyaziyyat- informatika fakültəsinin məzunudur və bu məktəbdə çalışan müəllimlərin əksəriyəti GDU-nu bitirmişlər. Məktəbin direktoru Axundova L. H. çıxış edərək göstərdi ki, Gəncə Dövlət Universitetinin tələbələri uzun illərdir ki, bizim məktəbdə pedaqoji təcrübələrini keçirlər, həmin dövrdə sınaq sınaq dərslərini deməklə yanaşı, eyni zamanda, məktəbdə keçirilən bütün tədbirlərdə yaxından iştirak edirlər.
Görüş yüksək səviyyədə keçirilidi, işçi qrupuna şagirdlər tərəfindən suallar verildi, tədbirin sonunda videomateriallar nümayiş etdirildi.
Gəncə Dövlət Universitetinin işçi qrupunun növbəti tədbiri Molla Pənah Vaqif adına Gəncə şəhər 8 nömrəli tam orta məktəbdə həyata keçirildi. Görüşdə işçi qrupunun üzvləri çıxış edərək qeyd etdilər ki, 8 №-li məktəb universitetimizlə daim əməkdaşlıq edir. Orta məktəbinin direktoru Quliyeva Lətifə Ağəli qızı da Riyaziyyat- informatika fakültəsinin məzunudur və bu məktəbdə çalışan müəllimlərin əksəriyəti GDU-nu bitirmişlər və öz fəaliyyətlərini uğurla davam etdirirlər.
Sonra Universitet həyatını əks etdirən videomateriallar nümayiş etdirildi və işçi qrupu şagirdlərə bukletlər, suvenirlər təqdim etdi, sonda xatirə şəkilləri çəkildi.
Keçirilən bütün tədbirlərin yüksək səviyyədə təşkilində və həyata keçirilməsində Gəncə şəhər Təhsil İdarəsinin rəisi Zakir Hüseynovun və Metod mərkəzin direktoru Zöhrab Hacıyevin səmərəli fəaliyyəti qeyd edildi.

Keçirilən görüşlər hər üç – 1, 23 və 8 nömrəli məktəblərin yuxarı sinif şagirdlərinə və pedaqoji kollektivinə müsbət təsir göstərdi. Çıxış edən şagirdlər belə bir görüş üçün minnətdarlıq etdilər və gələcəkdə ali təhsil almaq üçün Gəncə Dövlət Universitetini seçəcəklərini bildirdi

 





22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.