2017-ci ildə Gəncədə Mirzə Şəfi Vazeh adına muzey və park istifadəyə veriləcək.
AZƏRTAC xəbər verir ki, bunu Gəncə Səhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ictimaiyyət qarşısında çıxışı zamanı deyib.
İcra hakimiyyətinin başçısı şəhərdə həyata keçiriləcək bir sıra sosial-iqtisadi və mədəni layihələrdən danışaraq bildirib ki, Gəncədə tarixi-mədəni irsin qorunması və təbliği istiqamətində görülən işlər 2017-ci ildə də davam etdiriləcək. Bu məqsədlə Gəncədə XIX əsr Azərbaycanının mütəfəkkir şairi Mirzə Şəfi Vazehin adını daşıyan muzey və park yaradılacaq. Yeni muzeydə dahi şairin bədii irsini əks etdirən, ona Avropada böyük şöhrət qazandıran əsərləri, Almaniya Milli Kitabxanasından ölkəmizə gətirilən əlyazmaların surətləri, eləcə də digər nadir eksponatlar nümayiş etdiriləcək.
Mirzə Şəfi Vazehin adını daşıyacaq park isə şəhər sakinlərinin və ədəbiyyatsevərlərin sevimli istirahət məkanı olmaqla yanaşı, həm də şairin xatirəsinin əbədiləşməsinə xidmət göstərəcək.
Tərtər rayonu Canyataq yaşayış məntəqəsinin yaxınlığında erməni separatçıların tərk etdikləri döyüş mövqeyinin görüntüləri yayılıb.
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan xarici ölkələrə gedən vətəndaşlarımızın ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23 % artaraq 1 209 min nəfər olub.