Gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyəsi Azərbaycanda dövlət gənclər siyasətinin əsas məqsədlərindəndir

Gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyəsi Azərbaycanda dövlət gənclər siyasətinin əsas məqsədlərindəndir
23 2017 15:25

Martın 23-də “Ölkəmizi tanıyaq” tur-aksiyasının Abşeron rayonundan olan iştirakçılarının Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yolasalma mərasimi keçirilib. Rayonun IX-XI siniflərindən olan 40 şagird dörd gün ərzində ölkəmizin görməli yerləri ilə yaxından tanış olacaq.

Əvvəlcə rayon icra hakimiyyətinin və təhsil şöbəsinin məsul işçiləri, məktəblilər şəhərin mərkəzində yerləşən Heydər Parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Mərasimdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov “Ölkəmizi tanıyaq” layihəsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, tur-aksiya ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsində, tədrisdə qazanılan nəzəri biliklərin möhkəmləndirilməsində önəmli rol oynayacaq, səfərin xoş təəssüratları şagirdlərin mənəvi zənginliyini daha da artıracaq.

Qeyd olunub ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir.

Tur-aksiya iştirakçıları dörd gün ərzində Gəncə şəhərində Cavad xan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi, Nizami Gəncəvinin məqbərəsi, amfiteatr, Nizami Gəncəvi adına mərkəz və Gəncə Avtomobil Zavodu, Şəmkir rayonunda orta əsr Şəmkir şəhəri, Abidələr parkı, Alman kilsəsi, İstiqlal parkı və “Nəfis çörək” zavodu, Göygöl rayonunda alman kirxası, sonuncu alman Viktor Klaynın ev-muzeyi ilə tanış olacaq, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına ekskursiya edəcəklər.

Tur-aksiyanın məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacağını vurğulayan qrup rəhbəri şagirdlərin ölkəmizi daha yaxından tanımaları üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Sonda aksiya iştirakçıları avtobusla Gəncəyə yola düşüblər.

 

x x x

 

Həmin gün maarifləndirici tur-aksiyalar çərçivəsində Sumqayıtdan və Qubadlıdan olan məktəblilərin Lənkəran, Astara, Lerik rayonlarına yola salınması mərasimi də keçirilib. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov bildirib ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası hər bir məktəbli tərəfindən böyük sevinc hissi ilə qarşılanır. Bu layihə məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına böyük töhfə verir.

Çıxış edən müəllimlər və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini verib, onlara mənalı istirahət, zəngin təəssürat arzuladılar. Bildirilib ki, bu aksiyada şagirdlər vaxtlarını səmərəli keçirməklə yanaşı, həm də ölkəmizin cənub rayonları, Azərbaycanın qədim tarixi-memarlıq abidələri, tarix-diyarşünaslıq muzeyləri, Heydər Əliyev mərkəzləri ilə daha yaxından tanış olacaq, Lənkəran, Astara və Lerik rayonlarının görməli yerlərini gəzəcəklər.

Şagirdlər onlara yaradılan bu şəraitə görə dövlətimizin başçısına minnətdarlıq ediblər. Mərasim başa çatdıqdan sonra şagirdlər onlar üçün ayrılmış avtobusla müvafiq marşrut istiqamətində yola düşüblər.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.