Azərbaycanda jurnalistikanın inkişafına töhfə verərək gənc jurnalistlərin hərbi sahədə biliklərini artırmaq, onları hərbi əməliyyatlar zamanı informasiyanın cəmiyyətə düzgün ötürülməsi ilə bağlı məlumatlandırmaq məqsədilə həyata keçirilən “Həyəcan siqnalı-2” layihəsinin icrası başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Müdafiə Nazirliyinin, Mətbuat Şurasının, “Sağlam Düşüncə” Gənclər Təşkilatının dəstəyi ilə icra olunub.
Layihə çərçivəsində 25 gənc jurnalistə “Son dövrün ekstremal jurnalistika təcrübəsi”, “Müxbirin ekstremal şəraitdə davranış metodları”, “Müharibə jurnalistikasının qaydaları ilə bağlı nəzəri və praktiki biliklər” və s. mövzularda təlimlər keçirilib.
Təlimlərdə “Dinc Dünya” Araşdırma Mərkəzinin rəhbəri, hərbi jurnalist Əlisəfa Mehdiyev, “Azərbaycan ordusu” qəzetinin müxbiri Lalə Hüseynova və digər ekspertlər iştirakçılara müharibə jurnalistikası barədə ətraflı məlumat verib, onların suallarını cavablandırıblar.
Yekunda layihə rəhbəri Türkan Nadirqızı iştirakçılara sertifikatlar təqdim edib.
Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Perunun böyük oxucu kütləsinə malik “La Razon” və “Prensa21” xəbər portallarında 20 Yanvar faciəsinə həsr olunmuş “20 Yanvar faciəsi: müstəqilliyin yüksək qiyməti” sərlöhvəli məqalələr dərc olunub.
Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
İsmayıllı rayonuna yağan qar elektrik verilişində qısa müddətli fasilələr yaradıb.
Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvləri, müharibə iştirakçıları, müharibədən zərər çəkənlər, erməni terroruna məruz qalanlardan ibarət olmaqla artıq 3200-dən çox şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə olunub.