Gəmiçilik və “Bureau Veritas”ın nümayəndələri əməkdaşlıq haqqında razılığa gəliblər

Gəmiçilik və “Bureau Veritas”ın nümayəndələri əməkdaşlıq haqqında razılığa gəliblər
14 Dek 2016 15:01

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və dünyanın aparıcı təsnifat cəmiyyətlərindən olan “Bureau Veritas” (“Büro Veritas”) 2017-ci ildə bir sıra sahələr, xüsusən də gəmiçiliyin əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması üçün təlimlərin keçirilməsinə dair ilkin razılığa gəliblər.

Gəmiçiliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə “Büro Veritas”ın Yaxın Şərq, Türkiyə və Xəzər dənizi üzrə nümayəndələri Paskal Poilliot, Ağasəf Hüseynov və Cafer Tekkanın “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərliyi ilə görüşündə bildirilib.

Danışıq zamanı ikitərəfli əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. “Büro Veritas”ın nümayəndələri gəmiqayırma, gəmi təmiri, personalın peşəkar bacarıqlarının artırılması ilə bağlı təlimlərin keçirilməsinə dair öz xidmətlərini təklif ediblər.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev rəhbərlik etdiyi qurumun son illər qazandığı nailiyyətlər haqqında qonaqlara məlumat verib. Bildirilib ki, ölkə başçısının dəstəyi ilə yenilənən donanmanın gəmiləri bu gün nəinki Xəzərdə, eyni zamanda, doğma sulardan uzaqlarda da Azərbaycan bayrağı altında xidmət göstərirlər. Nüfuzlu təsnifat cəmiyyətləri ilə əməkdaşlıq təcrübəsinin mövcudluğunu qeyd edən Rauf Vəliyev bu sahədə müsbət nəticələrin əldə olunduğunu bildirib.

Tərəflər 1828-ci ildən fəaliyyət göstərən və hazırda dünyanın 100-dən artıq ölkəsində nümayəndəliyi olan “Büro Veritas” şirkəti sertifikatlaşdırma, audit və sair xidmətlərin həyata keçirilməsi ilə yanaşı, keyfiyyət, sağlamlıq, ətraf mühit və təhlükəsizlik məsələlərinin standartlara uyğunluğuna da nəzarət edir.

Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC “Amerika Dəniz Gəmiçilik Bürosu” (ABS), “Rusiya Gəmiçilik üzrə Dəniz Registri”, “Türk Loydu Vakfı” və “Det Norske Veritas” (DNV) kimi nüfuzlu təsnifat cəmiyyətləri ilə əməkdaşlığın nəticəsi kimi müxtəlif sertifikatlar əldə edib.


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.