Gəmiçilik Dünya Dənizçilik Universitetində magistr təhsili alacaq iki tələbənin bütün xərclərini ödəyəcək

Gəmiçilik Dünya Dənizçilik Universitetində magistr təhsili alacaq iki tələbənin bütün xərclərini ödəyəcək
10 2017 15:19

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Dünya Dənizçilik Universitetində magistr təhsili alacaq iki tələbənin bütün xərclərini ödəyəcək.

Gəmiçilik mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, QSC-də yüksəkixtisaslı gənc mütəxəssislərin hazırlanması, onların dənizçilik sahəsində beynəlxalq təcrübəyə dərindən yiyələnməsi istiqamətində ardıcıl addımlar atılır. İstedadlı və perspektivli gənclərin xarici ölkələrin aparıcı dənizçilik universitetlərində təhsil alması məqsədilə təsis olunan Təqaüd Proqramı da belə addımlardan biridir.

Bu il elan olunan proqram Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA)daha iki tələbəsinə Avropada dənizçilik sahəsində magistr təhsili almaq imkanı yaradıb. Belə ki, ADDA-nın “menecment” ixtisası üzrə məzunu Nərminə Müzəffər qızı Cabbarova və “Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi” ixtisası üzrə məzunu Aqşin Şabəddin oğlu Muxtarov “İELTS” imtahanlarından 6,5 və Akademiyanın daxili imtahanlarından yüksək bal toplayaraq müsabiqədən uğurla keçiblər. Onlar İsveçin Malmö şəhərində yerləşən Dünya Dənizçilik Universitetində (World Maritime University) müasir dənizçiliyin prioritet istiqamətlərindən sayılan “Dəniz daşımalarının idarə olunması və loqistika” ixtisası üzrə magistr təhsili alacaqlar. Gənclər 14 aylıq təhsil müddətində Çin, İngiltərə və Körfəz ölkələrinin dənizçilik sahəsində təcrübələri ilə də yaxından tanışlıq imkanı əldə edəcəklər. Hazırda gəmiçilik və Dünya Dənizçilik Universiteti arasında təqaüd proqramının detalları haqqında danışıqlar aparılır.

Tələbələrin bütün təhsil xərclərini “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ödəyəcək. Təhsilini bitirdikdən sonra isə hər iki gənc beş il gəmiçilikdə işləmək öhdəliyi götürüb.

Məlumat üçün bildirək ki, Dünya Dənizçilik Universitetini (World Maritime University) Birləşmiş Millətlər Təşkilatının (UN) ixtisaslaşdırılmış orqanı kimi Beynəlxalq Dəniz Təşkilatı (IMO) təsis edib. Burada bir çox ölkələrin dənizçiləri təcrübələrini artırmaq üçün təhsil alırlar. Beynəlxalq Dəniz Təşkilatının baş katibi Kitak Lim, Türkiyənin Baş naziri Binəli Yıldırım kimi tanınmış şəxslər bu universiteti bitiriblər. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin birinci müavini Zamiq İsmayılov da Dünya Dənizçilik Universitetinin məzunudur.

Xatırladaq ki, 2015-ci ilin sentyabrından AXDG-nin nəzdində Gənclər Mərkəzi fəaliyyət göstərir. Sözügedən proqramın reallaşdırılmasında yaxından iştirak edən mərkəzin əsas məqsədi istedadlı və fəal gəncləri müəyyənləşdirərək həvəsləndirici tədbirlər görmək və kadr hazırlığını stimullaşdırımaqdan ibarətdir.

 


22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.