Gələn aydan yeni cərimələr qüvvəyə minir - Sürücülərin nəzərinə

Gələn aydan yeni cərimələr qüvvəyə minir - Sürücülərin nəzərinə
11 2017 16:31

"IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqlardan istifadə ilə bağlı cərimə tətbiqinə hələ başlanmayıb".
 Bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Kamran Əliyev Lent.az-a açıqlamasında bildirib: "Bakıda müəyyən edilən yollarda "IV İslam Həmrəyliyi Oyunları” zolaqları üzrə hərəkəti qadağan edən müvafiq yol nişanları qoyulduqdan sonra qaydanı pozan sürücülər cərimələnəcək.
 
K.Əliyev deyib ki, həmin zolaqlarda hərəkəti qadağan edən nişanların qoyulması prosesinə çox güman ki may ayının əvvəlində start veriləcək: "Qadağa mayın sonuna kimi davam edəcək. Hələlik isə yol nişanlarının qoyulması prosesinə başlanmadığı üçün sürücülərə o zolaqlara çıxmağa heç bir qadağa qoyulmayıb”.
 
K.Əliyev əlavə edib ki, sadalanan işlər tam bitəndən sonra digər avtomobillərin həmin zolağa çıxmasına icazə verilməyəcək, qaydanı pozanlar isə cərimə olunacaqlar: " 24 saat ərzində zolaqlara nəzarət ediləcək. Aidiyyatı olmayan maşınların cərimələnməsi və məbləğ haqqında ictimaiyyətə ətraflı məlumat veriləcək”.
 
Qeyd edək ki, mayın 12-dən 22-nə kimi Bakıda İslam Həmrəyliyi Oyunları keçiriləcək.

24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.