Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.
Oxu.Az-ın Report-a istinadən verdiyi məlumatına görə, açılış oyununda “Sumqayıt” “Neftçi”ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 60-cı dəqiqədə Bəxtiyar Həsənalızadə, 63-cü dəqiqədə isə Amil Yunanov vurub.
Bu qələbə sayəsində “Sumqayıt” xallarını 28-ə çatdıraraq, “Neftçi”ni keçib və 5-ci pilləyə yüksəlib. Flaqman isə 26 xalla 6-cı pilləyə enib.
5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə Gənclər və İdman Nazirliyi daha 21 nəfəri təltif edib.
Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.
Bu il keçiriləcək “Formula-1” üzrə dünya çempionatında bir sıra dəyişikliklər olacaq.