Azərbaycanın maliyyə naziri Samir Şərifov və AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev Parisdə Fransa Sahibkarlar Təşkilatında (MEDEF) Azərbaycanda fəaliyyət göstərən və ölkəmizlə maraqlanan 30 fransız şirkətinin nümayəndələri ilə görüşüblər.
Görüş fransız şirkətlərinin nümayəndələrinə ölkəmizə sərmayə yatırımlarını dəstəkləmək üçün iqtisadiyyat və maliyyə sahələrində əsas istiqamətlər və prioritetlərlə yaxından tanış olmaq imkanı yaradıb.
12 fəaliyyət sahəsini əhatə edən fransız müəssisələri nümayəndələrinin həyata keçirilməkdə olan və gələcəkdə gözlənilən layihələrlə bağlı sualları cavablandırılıb.
Görüşdən sonra yeni texnologiyalar sahəsində ixtisaslaşmış VİVACTİON şirkətinin icraçı direktoru AZƏRTAC-a müsahibəsində informasiya-kommunikasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində xidmət göstərdiklərini və beynəlxalq səviyyədə böyük uğurlara imza atdıqlarını bildirərək, Azərbaycan şirkətləri ilə, AZAL-la bu sahədə əməkdaşlıq etməkdə və bu istiqamətdə yeni strategiyanı müəyyən etməkdə maraqlı olduqlarını bildirib.
SAFT şirkətinin icraçı direktoru Kristian Lube ölkəmizdəki layihədə iştirakından, əməkdaşlıq etdikləri yerli insanların səriştəli olmasından və fəaliyyətlərinin uğurlu inkişafından danışıb. O, ölkəmizlə əməkdaşlıqdan məmnunluğunu bildirib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.