Güclü qasırğa nəticəsində Fransanın cənub-qərbində 250 min insan elektrik enerjisiz qalıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Fransanın “Enedis” şirkətinin məlumatına əsasən, elektrik təminatında yaranan problemləri aradan qaldırmaq üçün əlavə mütəxəssislər cəlb edilib. Şənbə günü səhər saatlarında başlayan güclü qasırğanın sürəti bəzi hallarda saatda 148 kilometrə çatıb.
Meteoroloqlar hava şəraiti ilə əlaqədar Fransanın qərb regionu olan Yeni Akvitaniyada maksimal – “qırmızı” təhlükə səviyyəsi elan edib.
COVID-19 virusunun Böyük Britaniya ştammı (B.1.1.7) Avropanın 43, Cənubi Afrika variantı (B.1.351) 26, Braziliya variantı isə (P1) 15 ölkəsində aşkarlanıb.
Almaniya kansleri Angela Merkel ölkənin koronavirus məhdudiyyətlərinin yumşaldılacağını açıqlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) videokonfrans formatında 14-cü Zirvə toplantısında çıxış edib.