Fransanın bir neçə universitetinin nümayəndələri Bakıya səfərləri çərçivəsində Azərbaycan Tibb Universitetində (ATU) olublar.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, universitetlə tanışlıqdan sonra qonaqlar Tədris Terapevtik Klinikanın direktoru, professor Hüseyn Qabulov və Tədris Cərrahiyyə Klinikasının baş həkimi, professor Rauf Ağayevlə görüşüblər.
Görüşdə əməkdaşlıq perspektivləri, təcrübə və elmi mübadilələr müzakirə olunub. Bu istiqamətdə əməkdaşlığın tərəflər üçün faydalı olacağı, müştərək layihələrin gələcəkdə də davam etdirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov post-münaqişə dövründə regionda mövcud vəziyyət, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın bu prosesə xələl gətirən hərbi-siyasi təxribatları barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto məlumatlandırıb.
Fevralın 5-də saat 09:00-dan 16:00-dək Bakıda, Heydər Əliyev prospektinin kənar yolunda, tuneldə (Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 4 marşrutun hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısını açıqlayıb.