Fransanın Dövlət katibi: Biz də “ASAN xidmət” kimi model yaratmağa çalışırıq

Fransanın Dövlət katibi: Biz də “ASAN xidmət” kimi model yaratmağa çalışırıq
09 2017 10:06

Azərbaycanda “ASAN xidmət” modeli uğurla fəaliyyət göstərir. Biz də Fransada belə bir elektron hökumət xidməti yaratmağa çalışırıq. “ASAN xidmət”in səyyar avtobus modelini Fransanın üç regionunda tətbiq etmək istəyirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Fransa Respublikasının Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vincent Plase 3 saylı “ASAN xidmət” mərkəzi ilə tanışlıq zamanı jurnalistlərə müsahibəsində bildirib.

Azərbaycan ilə Fransa arasında yaxşı dostluq münasibətlərinin olduğunu bildirən Jean-Vincent Plase deyib: “Azərbaycana üç günlük səfərim çərçivəsində bir sıra görüşlər keçirəcəyəm. Əsas məqsəd Fransada əhaliyə operativ, şəffaf xidmət modelinin yaradılması ilə bağlı fikir mübadiləsi aparmaqdır. Açıq Hökumət Tərəfdaşlığı çərçivəsində də bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur. Səfərim zamanı Bakının bir sıra görməli yerlərini də ziyarət edəcəm”.


24 İyul 2024
Siyasət

İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

24 İyul 2024
Siyasət

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü

Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

24 İyul 2024
Siyasət

Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

"Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

24 İyul 2024
Siyasət

Bakının hansı küçələrində sıxlıq var? - 24.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

24 İyul 2024
Siyasət

Anar Ələkbərov İtaliyanın yeni səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İtaliyanın Azərbaycana təyin olunan yeni səfiri Luka Di Canfrançesko ilə görüşüb.