Martın 6-dan başlayaraq Fransanın hava limanlarında işçilərin tətil etməsi səbəbindən 300 -ə yaxın aviareys təxirə salınacaq.
AZƏRTAC “World Breaking News” saytına istinadla xəbər verir ki, tətilə səbəb Fransanın “Brest”, “Bordo” və “Eks-an-Provans” hava limanlarının əməkdaşlarının iş saatlarının azaldılması və iş şərtlərinin yaxşılaşdırılması tələbidir.
Məlumatda qeyd olunur ki, təkcə bu gün ümumi uçuşların 4 faizi təxirə salınıb.
“Air France” aviaşirkəti öz reyslərinin 20 faizini təxirə salıb. Tətilin ikinci günündə Nitsa və Marsel hava limanları uçuşları təxirə salacaq. Tətil martın 10-na kimi davam edəcək. Həmin günədək Paris aeroportlarında da uçuşların təxirə salınacağı gözlənilir.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Baku TV-yə müsahibə verib.
ABŞ Prezidenti Co Bayden Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiq edilməsi barədə fərman imzalayıb.
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani hökumətin son 100 gündə hədəflərinin koronavirusu diz çökdürmək və embarqoları qırmaq olduğunu deyib.