Bordo şəhərinin meri Alen Jüppe prezident seçkilərində “Respublikaçılar” partiyasından namizədliyini irəli sürməkdən qəti surətdə imtina edib. O, bu barədə qərarını təcili çağırılan konfransda açıqlayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Fransua Fiyonla bağlı qalmaqal fonunda prezident seçkilərində mübarizəyə qoşulmaq barədə partiya yoldaşlarından çoxsaylı təkliflər aldığını deyən Jüppe bu “bazarlıqda” iştirak etmək istəmədiyini vurğulayıb.
Siyasətçi “Respublikaçılar” partiyasında baş verən böhrana və mərkəzçilərlə ənənəvi vahid mövqenin olmadığına görə da təəssüf hissini dilə gətirib. Onun sözlərinə görə, Fransada seçkilər heç vaxt belə dolaşığa düşməyib. “Marşda” hərəkatının lideri Emmanuel Makronun seçilməsi Fransua Olandın məhvedici siyasətinin davamı ola bilər, “Milli cəbhə” isə ölkəni fəlakətə aparar.
Xatırladaq ki, Fransada prezident seçkilərinin ilk turu aprelin 23-də, ikinci turu mayın 7-də keçiriləcək. Namizədlərin qeydiyyatı isə martın 17-də başa çatır.
Çində uşaqlar kütləvi şəkildə pnevmoniya ilə xəstələnməyə başlayıblar.
“Fələstinin radikal HƏMAS hərəkatının tərəfdarları və onların müttəfiqləri Qəzza zolağında azı 161 nəfəri girov şaxlayır”.
İstanbulun Silivri bölgəsi güclü yağışlardan sonra dənizin daşması nəticəsində suyun altında qalıb.
Doha danışıqlarındakı İsrail nümayəndələri radikal Fələstinin HƏMAS hərəkatı tərəfindən saxlanılan İsrail girovları arasındakı hərbi xidmətdə olmayan qadın və uşaqların hamısı azad edildiyi halda Qəzza zolağında hərbi əməliyyatlardakı fasiləni daha üç gün uzatmağa hazır olduqlarını bildiriblər.