Fransa senatorları Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məlumatlandırılıblar

Fransa senatorları Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məlumatlandırılıblar
11 2017 11:13

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikası Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin müxtəlif istiqamətləri, o cümlədən fransız şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyəti, habelə enerji, nəqliyyat, humanitar, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Elmar Məmmədyarov Fransa şirkətlərinin Azərbaycan iqtisadiyyatına yatırdığı sərmayələrdən, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyətindən söz açıb. O, ölkəmizdə Fransız Liseyinin və Azərbaycan-Fransız Universitetinin açılmasının və Azərbaycanın Beynəlxalq Frankofoniya təşkilatı ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Nazir yüksək səviyyədə həyata keçirilən səfərlərin ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini bildirib.

Andre Reyşar səfərin məqsədinin Azərbaycan-Fransa münasibətləri haqqında daha geniş bilgiyə malik olmaq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi barədə məlumatlanmaq olduğunu bildirib. O, həmçinin parlament diplomatiyasının Ermənistan-Azərbaycan münaqişəsinin həllinə müsbət təsir edə biləcəyini qeyd edib və təmasların artırılmasının əhəmiyyətindən danışıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar, ölkəmizin münaqişənin həllində beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ədalətə əsaslanan mövqeyi barədə məlumat verib. O, münaqişənin həlli üçün, ilk növbədə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalı və azərbaycanlı qaçqın və məcburi köçkünlərin geri qayıtmalı olduğunu vurğulayıb. Nazir münaqişənin həlli prosesinin hər kəsə aydın olduğunu bildirib və bu xüsusda irəliyə doğru addım atmaq üçün Ermənistanın siyasi iradə nümayiş etdirməsinin zəruriliyini vurğulayıb.

Görüşdə nazir Elmar Məmmədyarov fransalı senatorların regional, ikitərəfli məsələlər, habelə ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı suallarını cavablandırıb.


24 Apr 2025
Siyasət

İsrailin Azərbaycandakı səfirliyində Holokost qurbanlarının xatirəsi yad edilib

İsrailin Azərbaycandakı səfirliyində Holokost qurbanlarının xatirəsi yad edilib.

24 Apr 2025
Siyasət

Elnur Bağırov: "Bir çox ticarət şəbəkələri yerli məhsullar satmağa üstünlük verir"

Azərbaycanda ticarət şəbəkələrinin daxili siyasətlərində yeni yanaşmalar tətbiq etməsi və sosial məsuliyyətin artması müşahidə edilir.

24 Apr 2025
Siyasət

Azərbaycan İsrailin peyk texnologiyasına maraq göstərir

İsrailin "Israel Aerospace Industries" (IAI) aerokosmik şirkəti tərəfindən təqdim olunan "Mini Communication Satellite" (MCS) layihəsi peyk rabitəsi sahəsində Azərbaycanda da yeni imkanlar açır.

24 Apr 2025
Siyasət

Bişkekdə Azərbaycanın Qədim Musiqi Alətləri Ansamblının konserti olub

Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Qədim Musiqi Alətləri Ansamblının konsert proqramı təqdim edilib.

24 Apr 2025
Siyasət

Prezident İlham Əliyevin Çinə dövlət səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri aprelin 24-də başa çatıb.