Bakıda keçiriləcək növbəti Formula 1 yarışları üçün artıq 27 ölkədən biletlər alınıb. Trend-in məlumatına görə, bunu Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ASAN Radio ilə müqavilənin imzalanması mərasimində deyib.
N.Arpadarai bildirib ki, 2016-cı il dekabrın 2-dən bu günədək satılan biletlərin 62,3 faizi Rusiyanın, 8,9 faizi Böyük Britaniyanın, 8,1 faizi Azərbaycanın payına düşür. Bilet alışına görə ilk onluğa daxil olan ölkələr Rusiya, Böyük Britaniya, Azərbaycan, Almaniya, Gürcüstan, Ukrayna, Monako, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan və İsveçrədir. Çin, Sinqapur və Vyetnam kimi Asiya ölkələrindən də 2017 Formula Azərbaycan Qran Prisinə maraq göstərənlər var.
Hazırda biletlər 30 faizədək endirimli qiymətlərlə təklif olunur. Bu kampaniya yanvarın 31-dək davam edəcək və növbəti endirim olmayacaq.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov post-münaqişə dövründə regionda mövcud vəziyyət, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın bu prosesə xələl gətirən hərbi-siyasi təxribatları barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto məlumatlandırıb.
Fevralın 5-də saat 09:00-dan 16:00-dək Bakıda, Heydər Əliyev prospektinin kənar yolunda, tuneldə (Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 4 marşrutun hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısını açıqlayıb.