Formula 1 biletlərini artıq 24 ölkədən alıblar

Formula 1 biletlərini artıq 24 ölkədən alıblar
09 2017 16:20

“Bakıda keçiriləcək növbəti Formula 1 yarışları üçün bilet satışları normal qaydada davam edir. Artıq 24 ölkədən yarışlara biletlər alınıb”. Bunu Trend-ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, 2016-cı il dekabrın 1-dən 2017-ci il yanvarın 31-ə qədər bilet satışında endirim kampaniyasıdır:

“İndiki mərhələdə yarışlara 24 ölkədən bilet alınıb. Rusiyadan, Avropa ölkələrindən biletləri daha çox alırlar. Ərəb ölkələrindən də yarışlara maraq çox böyükdür. Hesab edirik ki, konsert proqramını elan edəndən sonra biletlər daha çox alınacaq".

Şöbə rəhbəri qeyd edib ki, ötən illə müqayisədə bu il dünya ölkələrindən yarışa maraq daha böyükdür:

"Çünki yarış keçən il Bakıda ilk dəfə keçirilirdi. Hazırda bilet satışı ötən ildəkindən daha çoxdur. Bu da bizi çox sevindirir”.

N.Arpadarai vurğulayıb ki, bu dəfə də maraqlı konsert proqramı təşkil olunacaq, dünya ulduzları ölkəmizə dəvət olunacaqlar.

N.Arpadarai Formula-1 yarışının keçirilməsi ilə bağlı bütün işlərin plana uyğun aparıldığını bildirib:

“Tikinti işlərinə mart ayından sonra başlanılacaq və mərhələli şəkildə həyata keçiriləcək. Könüllülərin cəlb olunması, təbliğat ilə bağlı işlər də plana uyğun olaraq davam etdirilir”.


15 İyul 2025
Cəmiyyət

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

15 İyul 2025
Cəmiyyət

Ağdamın daha iki kəndində TİKİNTİ BAŞLAYIR

"Gələn ilin sonuna kimi Ağdamın daha iki kəndində bərpa işləri aparılaraq əhalinin köçü təmin ediləcək".

15 İyul 2025
Cəmiyyət

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub.

15 İyul 2025
Cəmiyyət

Cəlilabadda meşədə yanğın başlayıb

Cəlilabad rayonunun Zopun kəndi ərazisində meşəlik ərazidə yanğın başlayıb.