Milli.Az xəbər verir ki, Fikrət Qoca dünyasını dəyişən oğlu Yalçın Qocaya yeni şeir yazıb.
Şeir Fikrət Qocanın şair dostu Qəşəm Nəcəfzadə tərəfindən sosial şəbəkədə paylaşılıb.
Milli.Az şeiri sizə təqdim edir:
Mən səni qorudum uşaqlığından,
Mən səni qorudum cavanlığından,
Qorudum səni mən baba olunca
Demirəm izlədim, gəzdim dalınca...
Bu sözü atalar deyib əzəldən:
"Ac qarın özünü verər qılınca".
Bəlkə yaxşı ata ola bilmədim
Səni öz əlindən ala bilmədim.
Sən öldün, amma mən ölə bilmədim.
İndi yaşayıram qalan vaxtımı.
Yaşamaq...Yəni bu yaşamaqdımı?...
Bu gün paytaxtda velosiped infrastrukturu demək olar ki, yoxdur. Lakin qarşıda velosiped zolaqlarının çəkilməsi nəzərdə tutulur.
Bakı metrosunun son 7 ilində yeraltı yolların inkişafı, yeni sahələrin tikintisi davam edib.
“Böyük hünərlərlə zəngin olan illərin sırasında bütün dünyanın həyat ahəngini pozan pandemiya metropolitenimizin normal fəaliyyəti qarşısında ciddi əngəllər yaradıb”.