Fevralın 2-nə manatın məzənnəsi açıqlanıb.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, 02.02.2017-ci il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,9200 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, fevralın1-də də USD/AZN rəsmi məzənnəsi 1,9200 manat təşkil edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın Sərhəd İşləri Təşkilatının baş direktoru, general-mayor Kamal Azfarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fermer təsərrüfatı, yaşayış, sənaye və anbar sahələrində temperatur və rütubət göstəricilərinə nəzarət problemi hər zaman aktual olub. Düzgün və sabit temperatur və rütubət rejiminə riayət olunmaması qida və digər məhsulların xarab olması və yaxud istixana kimi yerlərdə meyvə-tərəvəzin tələfi ilə nəticələnə bilər. Həmçinin, temperaturun ani dəyişməsi istehsalatda qəzalar və digər təhlükəli nəticələrə gətirib çıxarır. Buna görə də bu cür nəticələrin və problemin baş verməsinin əvvəlcədən qarşısını almaq çox vacibdir.