Fərdi jurnalist yazıları müsabiqəsinin I yer üzrə qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Fərdi jurnalist yazıları müsabiqəsinin I yer üzrə qaliblərinin mükafatlandırılma mərasimi keçirilib
17 2017 10:05

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin I yer üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə çıxış edən KİVDF rəhbəri Vüqar Səfərli bildirib ki, rəhbərlik etdiyi qurum 8 ildir fəaliyyət göstərir. Bu müddətdə bir çox layihələr həyata keçirilib.Novruz Bayramı münasibətilə keçirilən bu müsabiqəyə isə 158 yazı daxil olub. Onlardan 90 yazı qalib olub. 15 yazı birinci yerə layiq görülüb.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev bildirib ki, bu gün Azərbaycan jurnalistikasının missiyası daha əhəmiyyətlidir: "Çünki Azərbaycan jurnalistikası bu gün daha güclüdür, onun fəaliyyəti daha genişdir. Bunun bir çox səbəbləri var. Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanda söz və mətbuat azdalığının təmin olunması, kütləvi informasiya vasitələrinin müsəqilliyinin təmin edilməsi, Azərbaycanda mediaya dövlət dəstəyi siyasəti bu gün Azərbaycan Prezindeti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gun Azərbaycan mediası heç bir tarixi mərhələdə olmadığı qədər dövlətin dəstəyini, diqqətini və qayğısını hiss edir. Bu gün Azərbaycanda yüzlərlə qəzet və jurnal, internet informasiya resursu, onlarla elektron kütləvi informasiya vasitəsi, televiziya, jurnalist təşkilatları fəaliyyət göstərir. Bu gün Azərbaycan mediası qlobal informasiya şəbəkəsinin layiqli üzvünə çevrilərək Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatırılmasında mühüm rol oynayır. Azərbaycan mediası Azərbaycan dövlətinin təəssübünü çəkir, maraqlarını müdafiə edir".

Tədbirin sonunda Novruz Bayramının adət-ənənəsinə uyğun olaraq iclas iştirakçıları arasında yumurta döyüşü keçirilib.


19 May 2026
Cəmiyyət

Birinci sinfə qəbulu prosesi tamamlandı

Mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.

19 May 2026
Cəmiyyət

Bakıda KANAT YOLU da çəkiləcək

"Bakıda yaxın perspektivdə yeni nəqliyyat növlərinin, o cümlədən kanat yolu və tramvay xətlərinin yaradılması nəzərdə tutulur".

19 May 2026
Cəmiyyət

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Ölkə əhalisinin sayı ilin əvvəlindən 5814 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il aprel ayının 1-i vəziyyətinə 10268165 nəfərə çatıb.

19 May 2026
Cəmiyyət

Gələn həftə 5 gün EVDƏYİK

Azərbaycanda gələn həftə uzunmüddətli istirahət günləri olacaq.

19 May 2026
Cəmiyyət

Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mayın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.