FHN itkin düşən neftçilərin axtarışına daha 3 helikopter və 1 gəmi cəlb etdi

FHN itkin düşən neftçilərin axtarışına daha 3 helikopter və 1 gəmi cəlb etdi
16 Dek 2016 09:59

Dekabrın 15-də Xəzər dənizində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düsmüş neftçilərin axtarışı davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırda nazirliyin aviasiya dəstəsinin üç helikopteri, “Vixr-5”, “Vixr-8” və “Svetlomor-2” gəmiləri Xəzər dənizində axtarış işlərində iştirak edir. Bununla yanaşı, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin və Mülki müdafiə qoşunlarının şəxsi heyəti sahilboyu ərazilərdə axtarış işlərinə cəlb olunub.

Qeyd edək ki, dekabrın 15-də səhər saat 05 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

İlkin məlumata əsasən, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:

1. Zülfüqarov Güloglan - maşinist
2. Zülfüqarov Azay - operator
3. Qurbanov Vidadi - operator
4. Həsənov Elçin - mexanik
5. Hacıəliyev Həsənağa - operator
6. Qafarov İlham - operator
7. Əsədov Samir - operator
8. Bəhrəmov Cavid - operator
9. Abbasov Ramiz - maşinist
10. Rüstəmov Qorxmaz - operator

Hadisə yerinə FHN-in, Sərhəd Qoşunlarının, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin və özəl şirkətlərin gəmiləri cəlb edilib. Axtarışlar “Səngəçal”, “Xərə-Zirə”, “Duvannı”, “Ələt-Dəniz” yataqlarını əhatə edən ərazidə davam etdirilir. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb.

Ötən gün saat 14:00-da Xəzərdə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdən birinin meyiti tapılıb. Bu, İlham Əlihüseyn oğlu Qafarovun meyitidir. “Meyit “Ələt-41”-in ərazisində tapılıb. Oraya əlavə gəmilər cəlb edilib. Estakadanın çökdüyü bölgədə dərinlik 10-11 metr təşkil edir.


22 Sent 2023
Cəmiyyət

Tərtər rayonu Canyataq yaşayış məntəqəsinin yaxınlığında tərk edilmiş döyüş mövqeyi - VİDEO

Tərtər rayonu Canyataq yaşayış məntəqəsinin yaxınlığında erməni separatçıların tərk etdikləri döyüş mövqeyinin görüntüləri yayılıb.

22 Sent 2023
Cəmiyyət

Azərbaycandan turist axını 23 % artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan xarici ölkələrə gedən vətəndaşlarımızın ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23 % artaraq 1 209 min nəfər olub.

22 Sent 2023
Cəmiyyət

Şuşada Azərbaycan Ordusunun nəzarətinə keçən ərazidə traktor minaya düşüb, araşdırma aparılır - YENİLƏNİB

Şuşada Azərbaycan Ordusunun nəzarətinə keçən ərazidə traktor minaya düşüb, araşdırma aparılır.

22 Sent 2023
Cəmiyyət

Saleh Məmmədov Masallıda vətəndaşları qəbul edib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Masallı rayonunda vətəndaşları qəbul edib.