“Sərhədçi” İdman Olimpiya Mərkəzində cüdo üzrə gənclər arasında Bakı şəhər açıq birinciliyi keçirilib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, çempionatda 29 komandanın heyətində 200 idmançı iştirak edib. Nazirliyin idman-sağlamlıq klubunu təmsil edən Nəriman Baxışov 81 kiloqram çəki dərəcəsində bütün görüşlərdə qalib gələrək Bakı çempionu olub.
İdmançının məşqçiləri Rasim Babayev və Taleh Sadıqovdur.
"Qarabağ" klubu UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Polşa "Lex"i ilə keçirəcəyi oyunlar üçün iştirak ərizəsini açıqlayıb.
İyulun 7-də 2024-cü il futzal üzrə dünya çempionatının Avropa zonası üzrə əsas seçmə mərhələsinin püşkü atılacaq.
Fransanın PSJ klubu Lionel Messi və Neymarla yollarını ayırmaq niyyətindədir.