FED-in uçot dərəcəsi ilə bağlı qərarı martın 10-da müəyyənləşəcək

FED-in uçot dərəcəsi ilə bağlı qərarı martın 10-da müəyyənləşəcək
06 2017 15:28

ABŞ Federal Ehtiyat Sisteminin (FED) mart ayının 14-15-də keçirəcəyi iclasda uçot dərəcəsini artırıb-artırmaması ilə bağlı qərarı martın 10-da müəyyənləşəcək. “Report” xəbər verir ki, martın 10-da ABŞ-da işsizlik və yeni iş yerləri ilə bağlı göstəricilər açıqlanacaq. Göstəricilərdə kəskin mənfi trend müşahidə olunmasa, FED-in uçot dərəcəsini artıracağı dəqiqləşəcək. Belə ki, ABŞ-ın digər əsas iqtisadi göstəriciləri son illərdə olduqca müsbət tendensiya göstərir. İqtisadi artım 8 ildir ardıcıl olaraq davam edir. İşsizlik tədricən azalır, istehlakçı inam indeksi isə 15 illik maksimuna çatıb.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın vergi endirimlərinin tətbiqi və fiskal xərcləri artırması ilə bağlı qərarının isə Konqresdən uğurla keçəcəyi gözlənilir. Məhz buna görə ABŞ-ın əsas fond indeksləri tarixi rekord həddə yüksəlib. İqtisadiyyatda baş verən sürətlənmənin bir qədər yavaşlaması və inflyasiya təzyiqinin qarşısının zamanında alınması məqsədilə FED-in mart iclası daxil olmaqla 2017-ci ildə uçot dərəcəsini 3-4 dəfə – 1,5%-dək artırması proqnozlaşdırılır.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.