Əziz Əliyev haqqında açıq dərs keçirilib FOTO

Əziz Əliyev haqqında açıq dərs keçirilib FOTO
14 2017 09:38

AMEA Naxçıvan Bölməsi ilə Naxçıvan Muxtar Respublikasının 205 ümumtəhsil məktəbi arasında yaradılan interaktiv dərsdə Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin həyatı haqqında şagirdlərə ətraflı məlumat verilib. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən xəbərə görə,  “Əziz Əliyevin həyat yolu” mövzusunda keçrilən dərsdə bölmənin sədri, Əməkdar elm xadimi, akademik İsmayıl Hacıyev Azərbaycanda tibb sahəsində xüsusi yeri olan Əziz Əliyevin həyat və ictimai-siyasi fəaliyyəti haqqında şagirdlərə geniş məlumat verib. Bildirib ki, bu il görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 120 illiyi tamam olur. Əziz Əliyev 1 yanvar 1897-ci ildə İrəvan quberniyasının Hamamlı kəndində anadan olub. İlk təhsilini rus-tatar məktəbində alıb. İrəvandakı kişi gimnaziyasına daxil olub və bütün fənlər üzrə yaxşı oxuyub. Əlaçı olduğuna görə o, təhsil haqqı verməkdən azad edilib.

Əziz Əliyevin xatirələrindən bəhs edən akademik bildirib ki, 1918-ci ildə erməni daşnakları azərbaycanlılara qarşı vəşiliklər edir, onları soyqırıma məruz qoyur, İrəvandan zor gücünə çıxardır, deportasiya edirdilər. Bu illərdə Əziz Əliyevin ailəsi də İrəvandan didərgin düşür Şərur rayonuna gəlir və sonra onlar Şahtaxtı kəndinə köçürlər. Lakin erməni daşnaqları azərbaycanlılara qarşı burada da soyqırımlar törədiblər.

Qeyd olunub ki, 1921-1923-cü illərdə Naxçıvanın Şahtaxtı kəndində həkim köməkçisi kimi fəaliyyət göstərən Əziz Əliyev sonralar müxtəlif məsul vəzifələrdə dövlət idarəçiliyinin təkminləşdirilməsində səmərəli fəaliyyət göstərib, ölkəmizdə səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr bəxş edib.

Azərbaycanda səhiyyə sahəsinə xüsusi diqqət yetirən Əziz Əliyev Xalq Səhiyyə Komisarının müavini, Xalq Səhiyyə Komisarı vəzifələrində işləyərkən səhiyyə sahəsində bir çox problemlərin aradan qaldırılmasında əməli tədbirlər görüb.

Şagirdlərin diqqətinə çatdırılıb ki, ölkədə səhiyyə işlərini yaxşılaşdırmaq, yüksək ixtisaslı tibb kadrlarının hazırlığını gücləndirmək məqsədi ilə müxtəlif illərdə Əziz Əliyev səhiyyə şöbəsinin müdiri, Azərbaycan Dövlət Unversitetinin tibb fakultəsinin bazasında yaradılan Tibb İnstitutunun rektoru təyin olunub. O, burada milli həkim kadrlarının, eyni zamanda Azərbaycan dilində dəyərli tibb dərsliklərinin, dərs vəsaitlərinin hazırlanmasına xüsusi diqqət yetirib. Belə ki, görkəmli elm xadimi 45 adda dərsliklər hazırlayaraq çap etdirib. O, müxtəlif illərdə Azərbaycan KP MK-nin katibi, Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi, Bakı Dövlər Universitetinin, Azərbaycan SSR Elmi-Tədqiqat Ortapediya və Bərpa Cərrahlığı İnstitutunun direktorları və digər vəzifələrdə çalışıb.

“Əziz Əliyev harda işləməsindən, hansı vəzifəni yerinə yetirməsindən asılı olmayaraq həmişə Azərbaycançılıq mövqeyindən çıxış edib, Azərbaycanı, onun inkişafını və gələcəyini düşünüb”- deyən İsmyıl Hacıyev qeyd edib ki, Əziz Əliyev həm də gözəl ailə başçısı olub. Qızları Zərifə xanım Əliyeva tanınmış oftalmoloq, akademik, Gülarə xanım Əliyeva Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Ləzifə Əliyeva tanınmış oftalmoloq, tibb elmləri namizədi, dosent, Dilbər Məmmədova görkəmli mühəndis-rabitəçi, oğlanları Tamerlan Əliyev professor, Cəmil Əliyev akademik və haliyədə Milli Onkologiya Mərkəzinin direktorudur.

Açıq dərsdə bildirilib ki, görkəmli dövlət və elm xadimi Əziz Əliyevin ideyaları bu gün də onun yetirmələri və davamçıları tərəfindən uğurla yerinə yetirilir.



13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.