Eyfel qülləsinin təhlükəsizliyi və yenilənməsi üçün 300 milyon avro ayrılacaq

Eyfel qülləsinin təhlükəsizliyi və yenilənməsi üçün 300 milyon avro ayrılacaq
14 2017 16:43

Parisin simvolu olan Eyfel qülləsinin təhlükəsizliyi və yenilənməsi üçün 300 milyon avro sərf olunacaq.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Paris Bələdiyyə Məclisi tərəfindən bu ayın sonunda səsverməyə çıxarılacaq 15 illik büdcə ilə Eyfelin yenilənməsi və təhlükəsizliyi təmin ediləcək.

Parisin Sosialist Partiyasından olan bələdiyyə sədri Anne Hidalgo Parisin 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarına və “2025 Expo”ya namizəd olduğunu xatırladaraq həm Eyfel qülləsinin, həm də Parisin marka dəyərini artıracaqlarını deyib.

Bələdiyyə məclisinin qəbul edəcəyi 15 illik plan üzrə hər il 20 milyon avro xərclənməsi planlaşdırılır.

Dünyanın ən çox turist qəbul edən ilk 3 şəhəri arasında yer alan Parisdəki Eyfel qülləsini 2015-ci ildə təxminən 7 milyon turist ziyarət edib.


7 İyun 2023
Dünya

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

7 İyun 2023
Dünya

Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedib

Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 7-də Rusiyaya işgüzar səfərə gedib.

7 İyun 2023
Dünya

Yaponiyanın mərkəzində mindən çox ev sel sularının altında qaldı

Yaponiyanın mərkəzindəki Şizuoka prefekturasında həftənin əvvəlindən yağan güclü yağışlar nəticəsində ən azı 1 245 evi su basıb.

7 İyun 2023
Dünya

Türkiyə lirəsindən rekord ENİŞ

Türkiyədə lirə kəskin şəkildə ucuzlaşmaqda davam edir.

7 İyun 2023
Dünya

Azərbaycan neftinin qiyməti 79 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.