Bu günlərdə ürəyindən əməliyyat olunan tanınmış şair Faiq Balabəyli yazdığı yeni şeiri saytımıza göndərib.
REALPRESS.Az Faiq Balabəylinin xəstəxanada yazdığı şeiri təqdim edir
O gün oğlumla qızım
başımı söhbətə qatdılar
mürgülədilər danışa-danışa,
palatada
mənim yerimdə yatdılar.
oğlumun alnından öpdüm,
qızımın üzündən.
Alnı tər içindəydi oğlumun,
qızımın üzünə yaş qonmuşdu gözündən
bağrıma basdım o təri, o göz yaşını…
Ramil həkimə pıçıldadım yavaşca
onlar ürəyimdə yatır hələ də,
sən canın, neynirsən elə, özün bil,
çalış ki, səksənib oyanmasınlar…
Qeyd edək ki, Faiq Balabəyli 1964-cü il fevralın 23-də Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. “Eh ayrılıq, nə yamansan” (1993), “Kəsilməyən həyəcan fiti” (2003), “Sənə yazılan şeirlər” (2005), “Burda darıxmaq olmaz” (2008), “Yaşıl yuxulu dəniz” (2010), “Yaxın uzaq Elazıx” (2011) kitablarının müəllifidir. Ailəlidir, bir oğlu, bir qızı var. O, yanvarın 16-da “Zəfəran” hospitalda açıq ürək əməliyyatı keçirib.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”
“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.
Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi
Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.
Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.