Ev şəraitində çox sadə testlərlə insultun ilkin əlamətlərini müəyyən etmək olar

Ev şəraitində çox sadə testlərlə insultun ilkin əlamətlərini müəyyən etmək olar
03 2017 12:16

Son illər bütün dünyada beyin damar xəstəliklərinin yüksək artımı müşahidə olunur. Onların arasında ən geniş yayılanı və ən ağır olanı insultlardır. Belə ki, dünyada hər il təqribən altı milyon insan insult keçirir. Bu da insultun həm çox böyük iqtisadi, həm də böyük bir səhiyyə problemin olduğunun göstəriçisidir. İnsult bir çox ölkələrdə əhalinin ümumi ölüm hallarının göstəricisində 2-3-cü yeri tutur və çox vaxt əlliliklə nəticələnir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının nevrologiya şöbəsinin müdiri Aygün Musayeva bildirib.

Həkim qeyd edib ki, bu xəstəliyə daha çox 65 yaşdan yüxarı insanlarda rast gəlinir. İnsult keçirmiş insanların 30 faizində əmək qabiliyyəti qismən bərpa olur, 20 faizi kənar şəxslərin köməyinə möhtac qalır və yalnız 20 faiz insan əvvəlki yaşam tərzini davam etdirə bilir. Insultlar arasında ən çox rast gəlinəni işemik insultlardır. Onların sayı təxmini olaraq hemorraqik insultlarla müqayisədə dörd dəfə çoxdur.

Insultu işemik və ya hemorraqik növlərə aid etmək üçün ilk növbədə onların yaranma mexanizminə baxmaq lazımdır.

İşemik insult ateroskleroz, hipertoniya və s. kimi xəstəliklər nəticəsində yaranır. İnsultun bu növünün risk qrupuna hipertoniya xəstəliyi, şəkərli diabet, ürək xəstəlikləri, aritmiya, piylənmədən əziyyət çəkən, qanda xolesterini yüksək olan, oturaq həyat tərzi sürən və alkoqola meyilli insanlar daxildir.

Işemik insultun tipləri sırasında ilk olaraq atertrombotik-işemik insultu qeyd etmək lazımdır. Insultun bu növü yüksək qan laxtalanması və damar divarlarının daralması nəticəsində yaranır. Damarlarda tromb əmələ gəlir və o damar mənfəzini tutur. Bu daha çox yaşlı insanlar üçün xarakterikdir. Tromb həmçinin ürək mənşəli ola bilər və buna aritmiyadan əziyyət çəkən insanlarda rast gəlinir. Bu kardioembolik insult adlanır. Hipertoniya xəstəliyinin işemik insultun yaranmasında xüsusi rol oynadığını qeyd etmək vacibdır. Bu gün işemik insultun xəstəliyin başlandığından birinci 6 saat ərzində müalicəsinin əsasını trombolitik terapiya təşkil edir.

Hemorraqik insultlar isə damarların partlaması nəticəsində yaranır. Bu damarın anadangəlmə anormal olması, yəni damar divarlarının nazikliyi, genəlməsi, kisə və ya başqa şəkildə olmasıdır ki, belə damarlar partlayıb müvafiq nahiyədə beyin toxumasının qanla təhcizatını pozur.

İnsultlu xəstələrdə ətraflarda hərəkət və ya hissiyatın, nitqin, yaddaşın, huşun pozulması, qıcolmalar, ürəkbulanma, qusma kimi əlamətlər müşahidə edilə bilir. Əgər qəfil ürəkbulanma, qusma, kəskin baş ağrıları, qısa müddətdə huşun itməsi, bəzi hallarda isə xəstə başına qaynar suyun axdığını hiss edirsə dərhal həkimə müraciət etmək, “Təcili yardım” çağırmaq lazımdır. Xəstənin qospitalizə edilmə tezliyindən asılı olaraq nəticələr müxtəlif olur.

İlkin yardım olaraq xəstənin qan təzyiqi, nəbzi ölçülməli, tənəffüsünə diqqət yetirilməlidir. Qan təzyiqinin və şəkərin yüksəlməsi müşahidə edilərsə gündəlik qəbul olunan dərmanlardan istifadə etmək olar.

Hər iki növ insultdan sonra xəstədə tam sağalma, qismən sağalma və ya müəyyən əlillik yarana bilər. Bütün bunların qarşısının alınması üçün vaxtında həkim müayinəsindən keçmək məsləhət görülür.

İnsultun əlamətlərini hər bir insanın bilməsi vaxtında yardım göstərilməsinə imkan verə bilər. İnsult hər birimizin ailəsində, yaxınlarında baş verə bilər. Ev şəraitində çox sadə testlərlə insultun ilkin əlamətlərini müəyyən etmək olar. Misal üçün insanın üzünə diqqətlə baxdıqda assimetriya, yəni əyilmələr, xəstənin əllərini qaldırmasını xahiş etdikdə ətrafların biri və ya hər ikisində hərəkət pozğunluğu və ya passivlik, xəstəni dindirərək onun nitqində hansısa pozuntu, ümumiyyətlə nitqin itirilməsi, deyilən sözlərin anlaşılmaması müşahidə olunarsa bu insult haqqında düşünməyə əsas verir. Belə hallar baş verərsə ən qısa zamanda “Təcili yardım” çağırmaq lazımdır.

Bununla yanaşı ev şəraitində ilkin yardım olaraq xəstəni rahat vəziyyətdə uzatmaq, boğazını sıxan paltar varsa onu dərhal sərbəst vəziyyətə gətirmək, tənəffüs yollarının açıq olduğuna əmin olmaq, otaqda təmiz havanı təmin etmək, mümkün qədər xəstənin təzyiqini ölçmək və əgər yüksək təzyiqi olarsa bunun əleyhinə dərmanlar vermək lazımdır.

Problemin aktuallığı belə xəstələrin ailə üzvlərinin bu işə böyük məsuliyyətlə yanaşmlarını tələb edir.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.