Ermənistanda Müdafiə Nazirliyinə məxsus “Ural” markalı yük maşını “Volkswagen Golf” markalı minik avtomobili ilə toqquşub.
APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 10 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.
Məlumata görə, qəza zamanı hər iki avtomobil çevrilib, “Volkswagen” isə 70 metr dərinlikdə dərəyə yuvarlanıb.
Xəsarət alanlardan 6-si müqaviləli əsgərdir.
Rusiya Prezidenti Vladimir Putin vətəndaşlığı olmayan şəxslərə müvəqqəti şəxsiyyət vəsiqələrinin verilməsi haqqında qanun imzalayıb.
ABŞ Prezidenti Co Bayden Kanadanın Baş naziri Castin Trudo ilə danışıqlar zamanı ölkəsinin Kanada ilə birlikdə Çinlə rəqabət aparmaq üçün yanaşmaları koordinasiya etmək niyyətində olduğunu bildirib.
Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 62 715 nəfər yoluxub.