Erməni zabit Azərbaycan tərəfə keçmək üçün müraciət etdi – FOTO

Erməni zabit Azərbaycan tərəfə keçmək üçün müraciət etdi – FOTO
05 Dek 2016 17:21

Erməni zabit Azərbaycana keçmək istəyir.

Oxu.Az xəbər verir ki, bir neçə gün əvvəl Ermənistan ordusunun zabiti Norayr Georgiyeviç Minosyan haqqin.az saytının xüsusi müxbiri Vahan Martirosyana müracət edərək Azərbaycan tərəfə keçməsinə kömək göstərilməsini istəyib.

Norayr Minosyan bildirib ki, Bakıda mətbuat konfransı keçirib Ermənistan silahlı qüvvələrinin sərhədyanı bölgələrdə yerləşdirilmiş qüvvələrində baş verənlər haqda danışmaq istəyir.

36 yaşlı N.Minosyan Ermənistan ordusunda baş leytenant rütbəsində xidmət edib, Naxçıvanla həmsərhəd yerləşdirilmiş 70179 nömrəli hərbi hissənin tank əleyhinə bölüyünün taqım komandiri olub. O, Hərbi Akademiyanın məzunudur, rus və ingilis dillərində bilir.

2014-cü ilin fevralında N.Minosyan saxta ittihamla həbs edilib və mühakimə olunub. Onu hərbi hissəni özbaşına tərk etməkdə ittiham ediblər. Bu ittihamla N.Minosyana 1 il həbs cəzası verilib, ancaq erməni hüquq müdafiəçilərinin təzyiqləri nəticəsində 6 ay sonra zabiti həbsdən azad etməli olublar.

N.Minosyan bildirib ki, əslində onun həbsinin səbəbi Ermənistan silahlı qüvvələrinin keçmiş Baş qərargah rəisi (hazırda prezidentin müşaviridir) Yuri Xaçaturovun oğlu ilə toqquşması olub. Xaçaturovun oğlu Qriqori Xaçaturov Ermənistan ordusunun 3-cü ordu korpusunun komandiridir. Minosyanın dediyinə görə, hətta həbsdən buraxılandan sonra da hakimiyyət onu və ailəsini təqib etməkdə davam edib. Nəicədə Norayr Minosyan ölkədən qaçmalı olub. Hazırda erməni zabit Soçidədir və Azərbaycan hakimiyyətindən xahiş edir ki, onun Bakıya gəlməsinə şərait yaratsın.

N.Minosyan, habelə öz sənədlərini və fotolarını da göndərib, xahiş edib ki, onun problemini işıqlandırsınlar və Ermənistan hakimiyyətinin mümkün təxribatlarının qarşısını alsınlar. Minosyan özünün və yaxınlarının təhlükəsizliyi üçün narahatdır, onun yaxınları hələ Yeravandadır. Erməni zabit Azərbaycan hakimiyyətinin məsələyə qarışmasını xahiş edir.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.