Türkiyə Adana vilayətindəki İncirlik aviabazasını bağlaya bilər. Trend-in məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın deyib.
Bundan əvvəl baş nazirin müavini Veysi Kaynak demişdi ki, rəsmi Ankara İncirlik bazasındakı koalisiya qüvvələrinin çıxarılmasının mümkünlüyünü nəzərdən keçirir.
Qeyd edək ki, İncirlik bazası Türkiyə və ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunur. Hazırda həmin bazada İŞİD-ə qarşı mübarizəni davam etdirən koalisiya qüvvələrinin təyyarələri də yer alır.
Şimali Kipr Türk Respublikasında (ŞKTR) 4 gündür davam edən meşə yanğını nəzarətə alınıb.
“Biz qəti surətdə öz seçimimizlə bağlı qərar verdik: Ukrayna gələcəkdə Avropa İttifaqının (Aİ) və Avropa cəmiyyətinin tamhüquqlu üzvü olacaq”.
“Ukrayna və Moldova Avropa İttifaqına üzvlüyə namizəd statusunu həvəsləndirici hədiyyə kimi əldə edib”.