Ərdoğan: Avropa ölkələri insan hüquqlarına hörmət etməlidir

Ərdoğan: Avropa ölkələri insan hüquqlarına hörmət etməlidir
22 2017 20:11

Avropa ölkələri insan hüquqlarına hörmət etməlidir, əks halda onların vətəndaşları dünyada bir addım belə ata bilməyəcəklər.

REALPRESS.Az Report-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Mən bir daha bizim üstümüzə barmaq silkələyən avropalılara müraciət edirəm: Türkiyə o ölkələrdən deyil ki, onun nazirlərini itələmək və ya qapıdan geri qaytarmaq mümkün olsun. Bu cür hərəkətləri bütün dünya görür. Əgər siz bundan sonra da belə davam etsəniz, sabah Qərb ölkələrinin heç bir vətəndaşı, avropalılar dünyada heç yerində təhlükəsiz və rahat şəkildə küçəyə addım ata bilməyəcək. Əgər bu təhlükəli yolu açsanız ən böyük zərəri elə sizin özünüz görəcəksiniz. Buna görə biz Türkiyə olaraq Avropanı hüquq və azadlıqlara hörmətlə yanaşmağa dəvət edirik” , - deyə Ərdoğan Türkiyənin regional KİV nümayəndələri ilə görüşdə bildirib.

Qeyd edək ki, Almaniya və Niderland hökümətləri Türkiyə nazirlərinin həmin ölkələrdə yaşayan türk əsilli seçicilər qarşısında çıxış etmələrinə qadağa qoyub. Bundan sonra Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlər gərginləşib. Həmin görüşlər Türkiyədə aprelin 16-da keçiriləcək konstitusiyaya əlavə və dəyişikliklər üzrə referendum öncəsi seçkiqabağı kampaniya çərçivəsində nəzərdə tutulmuşdu.


2 İyun 2023
Dünya

Türkiyə prezidentinin andiçmə mərasimində 20 dövlət başçısı və 45 nazir iştirak edəcək

Rəcəb Tayyib Ərdoğanın iyunun 3-də Türkiyə Böyük Millət Məclisində keçiriləcək andiçmə mərasimində beynəlxalq iştirak yüksək səviyyədə olacaq. Mərasimdə türk respublikaları geniş heyətlə təmsil olunacaq.

2 İyun 2023
Dünya

Estoniya Prezidenti Kiyevə gedib

Estoniya Prezidenti Alar Karis Kiyevə gedib.

2 İyun 2023
Dünya

Yaponiyada qasırğaya görə 250 min adamın həyatı təhlükə altındadır - VİDEO

Yaponiyanın qərb və mərkəzi hissəsində yaşayan əhaliyə “Mavar” tayfununun yaxınlaşması səbəbi ilə xəbərdarlıq edilib.

2 İyun 2023
Dünya

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

2 İyun 2023
Dünya

Bu gün Moskvada Azərbaycan-Rusiya-Ermənistan işçi qrupunun iclası keçiriləcək

Bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri - Şahin Mustafayev, Mqer Qriqoryan və Aleksey Overçukun həmsədrliyi ilə işçi qrupun iclası keçiriləcək.