Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan referendum ərəfəsində təbliğat mitinqlərində iştirak edəcək.
Trend bildirir ki, konstitusiya dəyişikliklərinin tərəfdarı olan Ərdoğanın bunun üçün 40-a yaxın mitinqdə çıxış etməsi planlaşdırılır.
Qeyd edək ki, təbliğat mitinqləri fevralın ortalarından başlayacaq.
Konstitusiya dəyişiklikləri ilə bağlı referendumun aprelin əvvəlində keçirilməsi nəzərdə tutulur.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis serjantı Asim Camalzadənin yas mərasimində iştirak edib.
Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirləri zamanı qanunsuz erməni silahlı birləşmələri Ağdamın Qalayçılar kəndi yaxınlığındakı mövqelərində xeyli sayda silah-sursat ataraq qaçıblar.
Rusiyalı xilasedicilər türkiyəli həmkarları ilə birlikdə son 24 saat ərzində Liviyada daşqından sonra həlak olanların 80-ə yaxın cəsədini aşkarlayaraq çıxarıblar.