Ərdoğan almaniyalı jurnalisti “casus” adlandırdı

Ərdoğan almaniyalı jurnalisti “casus” adlandırdı
04 2017 10:20

Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan həbs edilmiş türk əsilli alman jurnalisti Dəniz Yucelin Almaniyanın casusu olduğunu bildirib.

REALPRESS.Az virtualaz.org-a istinadən xəbər verir ki, Türkiyənin dövlət başçısı jurnalistin aylarla Almaniya Federativ Respublikasının konsulluğunda gizləndiyini əlavə edib.

Qeyd edək ki, Dəniz Yucelin bazar ertəsi İstanbulda həbs edilməsi rəsmi Berlinlə Ankaranın münasibətlərində müəyyən gərginliyə səbəb olmuşdu. Almaniya kansleri Angela Merkel jurnalistin azad edilməsini tələb etmişdi. 

Dəniz Yucel terror təşkilatına üzv olmaqda, məlumatların qanunsuz istifadəsində, habelə terrorçuluğun təbliğində şübhəli bilinir.

“O, PKK üzvü olmaqla yanaşı, alman casusudur və bir ay ərzində Almaniya konsulluğunda gizlənib. Bir ay onun bizə verilməsini tələb etdik ki, Dəniz Yuceli məhkəmə qarşısına çıxaraq. Lakin onu bizə vermədilər. 

Mən Merkelə dedim ki, biz nə vaxt terrorçuların təhvil verilməsini tələb ediriksə, siz özünüzün müstəqil və obyektiv məhkəmənizə istinad edirsiniz. Amma biz də öz məhkəməmizə etibar edirik. Sonra onu bizə verdilər və məhkəmə Dəniz Yucelin həbsi barədə qərar çıxardı”, – deyə Ərdoğan bildirib.


24 Mar 2023
Dünya

Almaniyanın XİN başçısı Gürcüstanda səfərdədir

Almaniyanın xarici işlər naziri Annalena Berbok Gürcüstana ikigünlük rəsmi səfərə gəlib.

24 Mar 2023
Dünya

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ olub

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ olub.

24 Mar 2023
Dünya

Rusiyada zavodda yanğın başlayıb

Rusiyanın Aramil şəhərində zavodda yanğın başlayıb.

24 Mar 2023
Dünya

Xoyda baş verən zəlzələdə 68 nəfər xəsarət alıb

Bu gün səhər İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələ nəticəsində 68 nəfər xəsarət alıb.

24 Mar 2023
Dünya

Türkiyədə çay fabrikində güclü yanğın olub - VİDEO

Türkiyənin Artvin vilayətinin Kemalpaşa bölgəsində yerləşən çay fabrikində güclü yanğın baş verib.