Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın baş naziri Tereza Mey arasında bu gün telefon danışığı olub.
Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi Türkiyə prezident adminstrasiyasına istinadən xəbər verib.
Məlumatda qeyd olunur ki, T.Mey İzmirdə törədilmiş terror aktını qətiyyətlə pisləyib. Baş nazir qeyd edib ki, Britaniya hökuməti terrorizmlə mübarizədə hər zaman Türkiyənin yanındadır.
Söhbət zamanı həmçinin Kiprlə bağlı da müzakirə aparılıb. R.T.Ərdoğan və T.Mey yaxın zamanda Cenevrədə aparılacaq danışıqların adada uzunmüddətli və ədalətli sülhə nail olunmasına töhfə verəcəyinə ümid etdiklərini bildiriblər.
Rusiya qoşunları Ukraynanın İlan adasını tərk edib.
İsrail Knesseti (parlament) buraxılıb.
Ukraynanın Rusiya qüvvələrinin işğalı altındakı Zaporojye vilayətinin Berdyansk şəhərindən taxılla yüklü ilk ticarət gəmisi yola düşüb.