Enerjidən asılı olmayan proqramlar ayrıca dildən istifadə edəcək

Enerjidən asılı olmayan proqramlar ayrıca dildən istifadə edəcək
10 2017 10:33

ABŞ alimləri proqramların yazılması üçün kompüterin enerji mənbəyindən ayrılandan sonra işini davam etdirə bilən proqramlaşdırma dili hazırlayıblar. Bu barədə Karnegi-Mellon Universitetinin saytında bildirilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, hazırda mövcud proqramlaşdırma dilləri kompüterin enerji mənbəyindən ayrılması imkanlarını nəzərə almır və aralıq əməliyyatların saxlanılmasını təmin edə bilmir. Belə imkanı təqdim edən proqram və əməliyyat sistemləri nəzarət nöqtələri prinsipi ilə işləyir. Onlar işin nəticələrini verilmiş aralıq vaxtı vasitəsilə saxlayır. Bərpa üçün belə proqramlar çoxlu kompüter gücü sərf edir, eləcə də istifadəçilər arasında yayılmır.
 
Yeni işdə alimlər bu tip çoxsaylı mükəmməl proqramlar yazmağa imkan verən “Chain” proqramlaşdırma dili təqdim ediblər. Yeni proqramlaşdırma dili nəzarət nöqtələrinin olmasını tələb etmir, çünki bu halda proses tapşırığın aralıq vəziyyəti (başa çatıb-çatmaması) və nəticələri barədə informasiya arasında bölünür.
 
Enerji stabil verildikdə “Chain” vasitəsilə yazılan proqram ardıcıl yerinə yetiriləcək. Hesablama prosesi başa çatdıqdan sonra tapşırıq status və nəticəni saxlayandan sonra onları başqa tapşırığa ötürəcək. Sonuncu məlumatları başa çatması üçün yoxlayır və müsbət nəticə əldə etdikdə onlardan istifadə edir. Beləliklə, məlumatlar zəncirvari şəkildə proqram tam yerinə yetirilənədək ötürülür.
 
Proqramın yerinə yetirilməsində fasilə yarandıqda enerjidən ayrılmanın baş verdiyi tapşırıqdan bərpa olunur. Həmçinin yenidən işə salınan proses ilk öncə əvvəlki hesablamaların nəticələrini yoxladıqdan sonra öz işinə başlayır. Proqram tərtibatçılarının fikrincə, belə yanaşma elektrik enerjisi və kompüter gücü sərfiyyatına qənaət etməyə imkan verir.

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.