Ənənəvi sınaq imtahanlarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!

Ənənəvi sınaq imtahanlarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!
30 2017 17:40

Dövlət İmtahan Mərkəzi 27 may və 11 iyun tarixlərində ənənəvi (kağız daşıyıcılar vasitəsilə) üsulla keçiriləcək sınaq imtahanlarında iştirak etmək istəyənlərə müraciət edib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, 27 may və 11 iyun tarixlərində ənənəvi (kağız daşıyıcılar vasitəsilə) üsulla keçiriləcək sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet"in "Sınaq imtahanı üçün ödəmə kartlarının alınması" bölməsinə daxil olaraq 'Sınaq imtahanı' ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində yeni istifadəçi kimi qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib ənənəvi üsulla keçirilən sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.

Sınaq imtahanlarına yazılış tarixləri barədə əlavə məlumat veriləcək.


30 Noy 2023
Cəmiyyət

Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisaslar - SİYAHI

Xankəndidəki Qarabağ Universitetində tədris olunacaq ixtisaslar açıqlanıb.

30 Noy 2023
Cəmiyyət

Ceyhun Bayramov isveçli həmkarı ilə regional məsələləri müzakirə edib - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın paytaxtı Skopyedə İsveçin xarici işlər naziri Tobias Billströmlə görüşüb.

30 Noy 2023
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

30 Noy 2023
Cəmiyyət

Növbəti köç karvanı Laçın şəhərinə çatdı

Noyabrın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.