“ADA” Universiteti Azərbaycan təhsilinin inkişafına böyük töhfələr verəcək.
AZƏRTAC xəbər verir ki, bunu maliyyə nazirinin müavini, professor Emin Hüseynov jurnalistlərə müsahibəsində bildirib.
E.Hüseynov qeyd edib ki, Azərbaycan təhsil sisteminin inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu Öndərin bu siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev təhsili dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirib. Azərbaycan dövləti uzun illər ərzində “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində əhəmiyyətli sərmayələr yatırıb. “ADA” Universiteti məhz bu siyasətin nəticəsi kimi yaradılıb. Biznes Məktəbinin məzunları ölkəmizə layiqincə xidmət edəcək və iqtisadiyyatın inkişafına mühüm töhfələr verəcəklər.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov post-münaqişə dövründə regionda mövcud vəziyyət, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın bu prosesə xələl gətirən hərbi-siyasi təxribatları barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto məlumatlandırıb.
Fevralın 5-də saat 09:00-dan 16:00-dək Bakıda, Heydər Əliyev prospektinin kənar yolunda, tuneldə (Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 4 marşrutun hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısını açıqlayıb.