Cari ilin yanvar ayından Vergi Məcəlləsinə əlavə edilmiş 58.7-1-ci maddəyə əsasən "Nağdsız hesablaşmalar haqqında” qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada aparılmasına görə malı təqdim edən vergiödəyicisinə maliyyə sanksiyaları təqdim edilir.
REALPRESS.az "vergiler.az” saytına istinadən bildirir ki, belə hala birinci dəfə yol verildikdə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində 10 faizi, ikinci dəfə 20 faizi, üç və daha çox dəfə yol verildikdə isə 40 faizi miqdarında maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulur.
Vergi Məcəlləsinə əlavə edilmiş 58.12-ci maddəyə əsasən isə vergi orqanından "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 40 faizi, iki dəfə və daha çox yol verildikdə isə aylıq sabit vergi məbləğinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.
2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.