Əmək müqaviləsi bildirişləri üzrə e-informasiya sisteminə müraciətlərin sayı artıb

Əmək müqaviləsi bildirişləri üzrə e-informasiya sisteminə müraciətlərin sayı artıb
26 Dek 2016 11:20

Bu il əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə müraciətlərin sayı 5,3 faiz artıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, cari ilin 01 dekabr tarixinə qədər sistemə 6,4 milyon dəfə müraciət olunub.

Cari ilin yanvar-noyabr aylarında ƏƏSMN-in əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə 1 milyon 925 min 253 dəfə müraciət edilib ki, bu da ötən ilin eyni dövrü ilə 5,3 faiz çoxdur.

Sistemdə əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsinin müvafiq bildiriş formasında qeydiyyatdan keçirilməsi “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti vasitəsilə yerinə yetirilir. Həmin e-xidmətdən istifadə sayında artım dinamikası cari ildə də davam edib. Belə ki, bu ilin 11 ayında “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə ötən ilin müvafiq dövrünə nisbətən 33,7 faiz çox, yəni 1 759 188 dəfə müraciət edilib.

Yaxud ötən ay bu e-xidmətdən istifadə sayı cari ilin sentyabr ayı ilə müqayisədə 34,1 faiz, oktyabr ayı ilə müqayisədə isə 18,1 faiz çoxalaraq 190 090- a çatıb.

Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi işçilərə onlarla bağlı əmək müqaviləsi bildirişləri barədə məlumatların real vaxt rejimində əldə edilməsi imkanı da verir. Bu məqsədlə fəaliyyət göstərən “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti «Elektron hökumət» portalında ən çox müraciət olunan e-xidmətlər sırasındadır. Cari ilin 11 ayında vətəndaşlar həmin e-xidmətdən 166 065 dəfə faydalanıblar.

Ölkədə əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin tətbiqinə 2014-cü ilin iyul ayından başlanılıb və cari ilin 01 dekabr tarixinə qədər əhali bu sistemdən 6,4 milyon dəfə istifadə edib.


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.