Əmək haqqından vergi tutulması – QAYDALARI

Əmək haqqından vergi tutulması – QAYDALARI
05 2017 13:12

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin şöbə rəhbəri Əvəz Quliyevin şərhinə əsasən, fiziki şəxslərdən gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı olmaqla iki hissədə vergi tutulur: 

“Fiziki şəxslərin gəlirindən, Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, aylıq gəlir 2500 manata qədər olduqda 14%, 2500 manatdan yuxarı olan hissəsinin 25%-i miqdarında vergi tutulur.

Əməkhaqqı 2500 manata qədər olduqda əməkhaqqından ölkə üzrə yaşayış minimumu (155 manat, 2017-ci il) çıxıldıqdan sonra qalan məbləğdən 14% gəlir vergisi tutulur.

İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir”.

Oxu.Az xəbər verir ki, Ə.Quliyevin sözlərinə görə, milli qəhrəmanları, müharibə əlillərinin, müharibə veteranı adı almış şəxslərin və s. vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində, I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Məcburi köçkünlər və onlara bərəbər tutulan şəxslərin vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və ya tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

“Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən, əmək müqaviləsi ilə işləyənlər üçün hesablanmış əməkhaqqının 3%-i miqdarında məcburi dövlət sığorta haqqının ödənilməsi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, əmək müqaviləsi ilə işləyən hər bir vətəndaş Elektron Hökumət Portalında şəxsi kabinetini yaratmaqla işlədiyi illər ərzində müəssisə tərəfindən onun əvəzinə vergi və DSMF ödənilib-ödənilmədiyini və eyni zamanda illər ərzində ödənilmiş vergi və sosial sığorta haqları barədə məlumat əldə edə bilər.

Bir neçə misal üzərində gəlir vergisi və sosial sığorta haqqının hesablanması qaydasına baxaq.

Misal 1: Fiziki şəxsin aylıq gəliri 450 manat olduğu halda, əməkhaqqından aşağıdakı qaydada vergi tutulacaq:

Gəlir vergisi: 450-155=295*14%=41,3 manat

DSMF: 450*3%=13,5 manat

Deməli, vergi çıxıldıqdan sonra ələ çatan pul: 450-(41,3+13,5)=395,2 manat

Misal 2: Fiziki şəxs məcburi köçkün olduğu halda və əməkhaqqı 450 manat təşkil etdikdə, əməkhaqqından aşağıdakı qaydada vergi tutulacaq:

Gəlir vergisi: 450-155-100=195*14%=27,3 manat

DSMF: 450*3%=13,5 manat

Vergilər çıxıldıqdan sonra ələ çatan pul: 450-(27,3+13,5)=409,2 manat


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.