Elon Musk, insan beyni ilə kompüteri birləşdirəcək yeni startap yaratdı

Elon Musk, insan beyni ilə kompüteri birləşdirəcək yeni startap yaratdı
29 2017 17:26

"Tesla” və "SpaceX” şirkətlərinin CEO-su Elon Musk, yeni layihəyhə start verib.

Belə ki, onun Neuralink adlı yeni startapı, insan beyni ilə kompüter arasında neyrointerfeyslərin yaradılmasında iştirak edəcək. Neuralink-in məşğul olacağı bu texnologiya, elmi-fantastik kitab və filmlərdən bizə tanışdır. Sözügedən texnologiya, insan beyninə elektron cihazın (böyük ehtimal ilə süni zəka) yerləşdirilməsini təmin edir. Beləliklə həmin cihaz, insanın koqnitiv imkanlarını daha üst səviyyəyə çıxardacaq. Məsələn beyindəki məlumatları kompüterə yükləmək və ya kompüterdən hansısa məlumatı, beyinə yenidən geri qaytarmaq. Lakin ilkin səviyyədə, sözügedən startap, epilepsiya vədepressiya ilə mübarizə aparacaq xüsusi neyroimplantlar hazırlamaqla məşğul olacaq.

Qeyd etmək lazımdır ki, Neuralink, keçən ilin İyul ayında kaliforniyada qeydiyyatdan keçmişdi. Musk, yeni startapın idarə heyyətinə daxil ola bilər. Yeni startapın yaradılması məlumatını, amerikalı neyroalim Timothy Gardner təsdiq edib. Belə ki, o, bəzi mütəxəssis dostları ilə birlikdə yeni layihəyə qoşulub. Bir neçə müddət bundan öncə Elon Musk özü bu cür layihənin yaradılması haqqında planlarının olduğunu bildirmişdi. Bir çox yerlərdə çıxışları zamanı Elon Musk dəfələrlə bildirmişdi ki, süni zəka, insanı, koqnitiv imkanalara görə keçəcək. Bunun olmaması üçün isə beyin qabığı üçün nəzərdə tutulmuş xüsusi neyrointerfeys yaratmaq lazımdır ki, insan, süni zəkadan geri qalmasın.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.