Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda xəstələrin müaliçəsində ən müasir texnologiyalardan istifadə olunur

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda xəstələrin müaliçəsində ən müasir texnologiyalardan istifadə olunur
21 Dek 2016 11:29

Dekabrın 21-də Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda ilin yekunlarına dair mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən institutun direktoru Vaqif Verdiyev rəhbərlik etdiyi tibb müəssisəsinin tarixi və fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, milli travmatologiya və ortopediya elminin yaranmasına, inkişafına, ölkə əhalisinin ixtisaslaşmış travmotoloji-ortopedik xidmətlə təmin edilməsinə yönəlmiş Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun tarixi Azərbaycan və keçmiş Sovet İttifaqında səhiyyə sisteminin inkişafı və o dövrdə cərəyan edən tarixi hadisələrlə sıx bağlıdır. Bu ixtisasın formalaşmasında görkəmli alim, cərrahlar, akademik M.A Topçubaşov, Z.M Məmmədov, A.H Tahirov və digərlərinin böyük rolu olub. Bu gün Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu həm travmatoloji və ortopedik xəstələrə yardım göstərən müəssisədir, həm də yüksək səviyyədə olan elm və tədris ocağıdır.

İnstitutun klinikası 200 çarpayıdan, 7 cərrahiyyə otağından ibarətdir. İl ərzində institut təqribən 9 min xəstəyə yardım göstərir. İldə 1500-ə yaxın cərrahiyyə əməliyyatı aparılır. İnstitutda 417 nəfər əməkdaş çalışır. Onlardan 51-i elmi işçi, о cümlədən 1-i Əməkdar Elm Xadimi, 1-i Əməkdar Həkim, 3-ü professor, 7-si elmlər doktoru, 16-sı isə fəlsəfə doktorudur.

İnstitutda yarandığı andan indiyədək 16 doktorluq, 63 namizədlik dissertasiyası müdafiə edilib. İxtiralara görə 76 müəlliflik şəhadətnaməsi və patent, 92 səmərələşdirici təklifə görə vəsiqə alınıb. İnstitutun elmi işçiləri tərəfindən 21 monoqrafiya, kitab, vəsait, 18 metodik tövsiyə, 3 klinik protokol, 12 yaddaş kitabçası, 31 elmi məqalələr məcmuəsi, 1000-dən artıq elmi məqalə çap edilib.

İnstitut baş travmatoloji müəssisə kimi regionlarda ənənəvi olaraq travmatoloji xidmətin təşkilində, həkimlərin təkmilləşdirilməsində, bölqələrdə əhalinin profilaktik müayinə və müalicəsində mühüm işlər aparır. Mütəmadi olaraq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu bölgələrdə elmi-praktik konfranslar və hər üç ildən bir Azərbaycan travmatoloq və ortopedlərininin gurulatayını kecirir.

İnstitutda dayaq hərəkət sisteminin zədələnmələri və anadangəlmə güsurlarının müalicəsində müasir texnologiyalar və üsullardan istifadə olunur. Çoxsaylı sümüklərin sınıqları, çoxqəlpəli oynaqdaxili sınıqlar və onların fəsadları, çanaq sümüklərinin, xüsusən sirkə kasasının sınıqları, simfizin cırılması müasir üsullarla osteosintez edilir. İntramedullar ştiftləmə, xarici və internal fiksasiyadan istifadə olunur. Sümük şişləri və şişəbənzər xəstəliklərin displaziyalarının, sistem xəstəliklərinin, döşün anadangəlmə deformasiyalarının rekonstruktiv, bərpaedici müalicəsi, böyük oynaqlarının endoprotezləşdirməsi və onların reviziya əməliyyatları aparılır. Onurğa patologiyaları, deformasiyaları və travmaları zamanı transpedikilyar fiksasiya və müasir cərrahiyyə əməliyyatları həyata keçirilir. Ətrafların deformasiyaları, qısalıqları İlizarov üsulları ilə cərrahi korreksiya edilir. Anadangəlmə dayaq-hərəkət sistemində təsadüf edilən deformasiyalarının və xəstəliklərin diaqnostikası və cərrahi müalicəsi dünya standartlarına uyğun səviyyədə aparılıb və böyük nailiyyətlər əldə edilib.

İnstitut Türkiyə, Rusiya, Belarus və Almaniyanın tanınmış klinikaları ilə əməkdaşlıq əlaqələri qurub.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.