Elmar Qasımov: BANM-ə magistraturaya ilk qəbul elan edilib

Elmar Qasımov: BANM-ə magistraturaya ilk qəbul elan edilib
06 2017 13:33

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun bildirdiyinə görə, 2017/2018-ci tədris ili üçün BANM-ə “Neft-qaz mühəndisliyi” ixtisasının “Yatağın qiymətləndirilməsi və idarə olunması” ixtisaslaşması, “Kimya mühəndisliyi” ixtisasının isə “Neft və qaz texnologiyası” ixtisaslaşması üzrə magistratura səviyyəsinə qəbul elan edilib. Birinci ixtisas üzrə 10, ikinci ixtisas üzrə 11 bakalavrın qəbulu nəzərdə tutulub.

Bu barədə Trend-ə BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sözügedən ixtisaslaşmalar üzrə mütəxəssis hazırlığı ilk dəfə olaraq yalnız Bakı Ali Neft Məktəbində Böyük Britaniyanın Heriot- vatt Universitetinin təklif etdiyi tədris proqramları əsasında iki diplom layihəsi çərçivəsində həyata keçiriləcək, məzunlara hər iki ali təhsil müəssisəsinin diplomları veriləcək. Bakı Ali Neft Məktəbində magistratura səviyyəsində təhsil ödənişsiz olaraq dövlət sifarişi əsasında həyata keçiriləcək. Magistraturada təhsil müddəti 1,5 il olaraq magistr dissertasiyasının müdafiəsi ilə başa çatacaq, məzunlara elm üzrə magistr dərəcəsi veriləcək.

Təhsil ingilis dilindədir, bakalavrlar Dövlət İmtahan Mərkəzinin Bakı Ali Neft Məktəbində sözügedən ixtisas üzrə bakalavriat səviyyəsində tədris edilən peşə və ixtisas fənlərinin məzmunu əsasında tərtib olunmuş proqram üzrə təşkil edəcəyi test imtahanlarını verməlidirlər. Təhsil pulsuzdur.


13 Dek 2024
Cəmiyyət

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə yanvarın 3-də Bakıdan Qəbələyə və Qəbələdən Bakıya əlavə qatar reysləri təyin edir.

13 Dek 2024
Cəmiyyət

Bu il Azərbaycandan turist axını 17 % artıb

Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 % artaraq 1 milyon 998,9 min nəfər olub.

13 Dek 2024
Cəmiyyət

Vüqar Bayramov: 2026-cı ilin sonuna qədər 140 min vətəndaşımız azad edilmiş ərazilərdə məskunlaşacaq

2026-cı ilin sonuna qədər 140 min vətəndaşımız azad edilmiş ərazilərdə məskunlaşacaq.

13 Dek 2024
Cəmiyyət

Şənbə günü Bakıya sulu qar yağacaq - PROQNOZ

Azərbaycan ərazisində dekabrın 14-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.