Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğluna başsağlığı verib

Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğluna başsağlığı verib
01 2017 14:40

Biz, İstanbulda gecə klublarından birində törədilən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktını qəti şəkildə pisləyirik.

Bu barədə Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətindən verilən bəyanatda deyilir.

Xarici işlər naziri Elmar Məmmədyarov həmkarı Mevlüt Çavuşoğluna dərin hüznlə başsağlığı məktubu ünvanlayıb.

Bəyanatda deyilir: " Bu xain terror aktı nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Xain və alçaq terror əməllərini törədənlər heç zaman qardaş Türkiyənin terrorizmə qarşı mübarizədə əzm və qətiyyətini sarsıda bilməzlər.

Biz, qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq.

Hal - hazırkı məlumata görə yaralananlar sırasında iki nəfər Azərbaycan Respublikası vətəndaşı da müəyyən edilib.

Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğu məsələ ilə əlaqədar Türkiyənin müvafiq dövlət orqanları və vətəndaşlarımızla davamlı təmasdadır.

Əlavə məlumat olduğu təqdirdə, ictimaiyyətə bildiriləcəkdir".


9 Dek 2023
Siyasət

Prezident Moldova və Rumıniyadakı səfirlərlə bağlı SƏRƏNCAMLAR imzaladı - FOTO

Hüseyn Nizami oğlu Nəcəfov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

9 Dek 2023
Siyasət

Məhərrəm Əliyev Azərbaycanın Belarusdakı səfiri təyin edildi

Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.

9 Dek 2023
Siyasət

Prezident: “Qarabağ erməniləri ilə bağlı atdığımız addımlar göstərdi ki, biz istəyirdik, onlar qalsınlar”

“Öz evlərini tərk etmiş insanlara (Qarabağ erməniləri - red.) gəldikdə, əvvəlcə, bu, onların öz qərarı idi.