Elmar Məmmədyarov İtaliyanın sabiq xarici işlər nazirini qəbul edib

Elmar Məmmədyarov İtaliyanın sabiq xarici işlər nazirini qəbul edib
17 2017 09:18

Xarici işlər naziri Elmar Məmmədyarov V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə 2017-ci ildə Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu xatırlanaraq, bu illər ərzində iki dövlət arasında əməkdaşlığın müxtəlif sahələrində yüksək səviyyəli münasibətlər qurulduğu qeyd olunub.

Xüsusilə iqtisadi sahədə əməkdaşlıqdan bəhs edilərək, bu xüsusda TAP layihəsinin regional əhəmiyyətinə toxunulub.

Həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin cari durumu və perspektivlər barəsində fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı maraq doğuran regional və qlobal məsələlərə dair müzakirələr aparılıb.


18 Mar 2023
Siyasət

Bakıdakı Türk Şəhidliyində Çanaqqala zəfəri anılıb - FOTO

Bu gün Bakıda Türk Şəhidliyində 18 Mart Çanaqqala Şəhidləri Günü və Çanaqqala zəfərinin 108-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilib.

18 Mar 2023
Siyasət

Azərbaycanın Xalq rəssamı Rusiyada keçirilən beynəlxalq sərgi-müsabiqənin laureatı seçildi

Rusiya Federasiyası Elm və Ali Təhsil nazirliyinin dəstəyi ilə A.L.Ştiqlits adına Sankt-Peterburq Dövlət Bədii-Sənaye Akademiyası tərəfindən keçirilən “Dünya rəssamların gözü ilə” adlı beynəlxalq sərgi-müsabiqənin nəticələri açıqlanıb.

18 Mar 2023
Siyasət

Bu gündən Şuşaya turist səfərləri başlayır

Bu gündən artıq Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə turizm məqsədli səfərlər başlayır.

18 Mar 2023
Siyasət

Xankəndi-Laçın yolu: Aksiya iştirakçıları 97 gündür dünya ictimaiyyətinə çağırışlar edirlər - FOTO

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 97 gündür davam edir.

18 Mar 2023
Siyasət

Azərbaycanın Baş naziri Əli Əsədov Dağıstan Xalq Məclisinin sədri ilə görüşüb

Martın 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderovla görüşüb.