Elmar Məmmədyarov Əfqanıstanın xarici işlər nazirinin müavini ilə görüşüb

Elmar Məmmədyarov Əfqanıstanın xarici işlər nazirinin müavini ilə görüşüb
17 2017 09:44

Xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanın xarici işlər nazirinin müavini Hikmət Xəlil Karzaini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Əfqanıstan arasında dostluq və əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. İki ölkənin rəhbərləri arasında yüksək səviyyəli dialoqun və bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində görüşünün əlaqələrin inkişafına xüsusi təkan verdiyi qeyd olunub.

E.Məmmədyarov Azərbaycanın 2017-ci il üzrə “Asiyanın Qəlbi – İstanbul Prosesi”nə həmsədrlik funksiyasını öz üzərinə götürdüyünü diqqətə çatdıraraq, 17 mart tarixində İstanbul Prosesində iştirak edən dövlətlərin yüksək vəzifəli rəsmilərinin Bakıda keçiriləcək iclasının bu təşəbbüsə töhfə verəcəyinə əminliyini ifadə edib.

H.Karzai ölkəsinin İstanbul Prosesinə xüsusi əhəmiyyət verdiyini qeyd edərək Azərbaycanın 2017-ci il üzrə İstanbul Prosesinə həmsədrlik etməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.

H.Karzai Əfqanıstanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyini qeyd edib. O, Əfqanıstanın Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin "İslam həmrəyliyi ili" elan edilməsi təşəbbüsünü tam şəkildə dəstəklədiyini qeyd edərək, ölkəsinin idmançılarının İslam həmrəylik oyunlarında yaxından iştirak edəcəyini deyib.

Həmçinin, Azərbaycanın NATO-nun Qətiyyətli dəstək missiyasına verdiyi töhfəsi də təqdir olunub.

Görüşdə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi, nəqliyyat, elm-təhsil, təlim və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.


5 Dek 2023
Siyasət

Azərbaycan XİN Tailand Krallığını Milli Gün münasibətilə təbrik edib - FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Tailand Krallığını Milli Gün münasibətilə təbrik edib.

5 Dek 2023
Siyasət

Zakir Həsənov misirli həmkarı ilə görüşdü - FOTO

“EDEX 2023” beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Misirdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu ölkəyə səfəri davam edir.

5 Dek 2023
Siyasət

Bakıda Azərbaycan və İran Hərbi Dəniz Qüvvələri komandanlarının görüşü olub

Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov Bakıda səfərdə olan İran İslam Respublikası Ordusunun HDQ komandanı kontr-admiral Şəhram İrani ilə görüşüb.

5 Dek 2023
Siyasət

Lavrov: “Xəzər Şurasının yaradılması “Xəzər beşliyi”nin səmərəliliyini artıra bilər”

“Xəzərdə əməkdaşlıq yüksək səviyyəyə çatıb və Xəzər Şurasının yaradılması onu daha da irəli apara bilər”.

5 Dek 2023
Siyasət

İran XİN rəhbəri Xəzər regionunda vahid təşkilatın yaradılmasını dəstəkləyib

“Xəzər regionunda əməkdaşlığın bütün sahələrinə nəzarəti həyata keçirə biləcək vahid təşkilat yaratmaq lazımdır”.