Əli Həsənov: Azərbaycan BMT-də islahatların aparılması ideyasını dəstəkləyir (YENİLƏNİB-2)

Əli Həsənov: Azərbaycan BMT-də islahatların aparılması ideyasını dəstəkləyir (YENİLƏNİB-2)
17 2017 09:11

Azərbaycan BMT-də islahatların aparılması ideyasını dəstəkləyir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov V Bakı Qlobal Forumunda “Müasir dövrdə terrorizmlə mübarizədə necə qalib gəlmək olar? Hansı vasitə, üsul və strategiya tətbiq edilməlidir?” panelində çıxışı zamanı deyib.

Ə.Həsənov qeyd edib ki, müasir dövrdə beynəlxalq münasibətlərin formalaşmasında, geosiyasi proseslərin tənzimlənməsində beynəlxalq təşkilatların üzərinə mühüm vəzifə düşür:

"Dünya siyasətində aparıcı qurumların rolu və mövqeyi ilə bağlı yeni yanaşmalar meydana çıxır. BMT-nin münaqişələrin həllinə ikili standartlar mövqeyindən yanaşması təəssüf doğurur. BMT-nin münaqişələrin aradan qaldırılması ilə bağlı məsələyə eyni mövqedən yanaşmaması dünya ictimaiyyəti tərəfindən birmənalı şəkildə qarşılanmır. Təşkilat qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinə eyni münasibət göstərmir ki, bu da təşkilatın nüfuzuna böyük zərbə vurur, BMT-yə olan inam getdikcə azalır".

Prezidentin köməkçisi əlavə edib ki, BMT Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsində qətiyyətli mövqe nümayiş etdirmir: "Məsələn, Liviya ilə bağlı qətnamələr dərhal yerinə yetirilsə də, Dağlıq Qarabağla bağlı qətnamələr 25 ildir yerinə yetirilmir. Ədalətli fəaliyyət məqsədilə təşkilatda köklü dəyişikliklərin aparılmasına ciddi zərurət yaranır".

Ə.Həsənov bildirib ki, Azərbaycan dünyanın bütün regionlarında münaqişələrin aparılmaması üçün, sülhün bərqərar olması üçün BMT-də islahatların aparılması ideyasını dəstəkləyir: "İslahatların aparılması Dağlıq Qarabağla bağlı 4 qətnamənin yerinə yetirilməsi üçün əlverişli imkanlar yarada bilər. Bu gün dünyada dövlətlərin gücü və beynəlxalq qanunlar arasında balansın tapılması dünyanın xilası deməkdir".

PA rəmsisi əlavə edib: “Müasir beynəlxalq münasibətlərin nizama salınmasında hansı ittifaqların yaranması zəruriliyi məsələsinə gəlincə, qeyd etməliyik ki, bununla bağlı dünya birliyində müxtəlif yanaşmalar özünü göstərir. SSRİ-nin dağılması və dünya sosializm sisteminin süqutu nəticəsində "soyuq müharibə"nin başa çatması, yeni dövlətlərin müstəqillik qazanması və beynəlxalq hüququn subyektinə çevrilməsi kimi qlobal hadisələr planetin ümumi geosiyasi vəziyyətinə təsir göstərməklə yanaşı, bütövlükdə beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklər yaradıb. Beynəlxalq aləmdə hərbi qüvvələr balansının pozulması və Varşava Müqaviləsi Təşkilatının sıradan çıxması nəticəsində NATO dünyanın yeni geosiyasi mənzərəsini formalaşdırmağa çalışan əsas hərbi siyasi güc mərkəzinə çevrildi".

Ə.Həsənov bildirib ki, beynəlxalq münasibətlərdə birqütblülük yaradılıb, bu da dünya nizamında yeni oyun qaydalarının əmələ gəlməsinə səbəb olur: "Lakin son 25 ilin təcrübəsi göstərir ki, birqütblü sistem və yeni dünya nizamı bütün dövlətlər tərəfindən birmənalı qarşılanmır. Çoxqütblülüyün aradan qaldırılmasına baxmayaraq, yenidən onun bərpa olunmasında maraqlı olan dövlətlər var və onlar müxtəlif hərbi siyasi ittifaqların yaradılmasına səy göstərirlər. Hər bir dövlət özünün milli maraqlarından çıxış edərək hərbi-siyasi ittifaqların yaranması məsələsinə fərqli mövqelərdən yanaşır. Bir qrup dövlətin mövqeyinə görə dünyada gedən geosiyasi proseslər müxtəlif hərbi siyasi ittifaqların meydana gəlməsinə gətirib çıxaracaq ki, bu da beynəlxalq aləmdə sülhün və sabitliyin təmin olunmasında dönüş yaradacaq. Hərbi-siyasi ittifaqlar bir-birinə nəzarət etdiyindən beynəlxalq aləmdə tarazlığı səmərəli şəkildə qorumaq mümkün olacaq. Bu yanaşma birtqütblülüyün tərəfdarı olan ölkələrin maraqlarına cavab vermir. Onlar hesab edirlər ki, çoxqütblülük dünyada sülhün təmin olunmasını çətinləşdirə, müxtəlif motivli münaqişələr yaratmaqla beynəlxalq aləmə qeyri-sabitlik gətirə bilər".

Prezident köməkçisinin sözlərinə görə, Azərbaycanın da 2011-ci ildən üzvü olduğu Qoşulmama Hərəkatı isə dünya nizamının yeni arxitekturasının bərabərhüquqlu tərəfdaşlıq üzərində qurulmasında maraqlıdır və bu təşkilatın mövqeyi budur ki, hansısa dövlət, yaxud beynəlxalq qurum dünyada sülhün və sabitliyin təmin ediməsində əlahiddə hüquqa malik ola bilməz: "Dünyanın yaxşılara və pislərə bölünməsi prinsipindən əl çəkilməlidir. Hesab edirik ki, bu gün dövlətlər və beynəlxalq hüquq arasında balansın tapılması dünyanın xilası deməkdir".


31 May 2023
Siyasət

Dünya liderləri İlham Əliyevi təbrik edirlər

Estoniya Respublikasının Prezidenti Alar Karis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

31 May 2023
Siyasət

Prezident: “Bizim digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır”

“Əlbəttə, görüləcək işlər çoxdur, TANAP genişlənməlidir, TAP genişlənməlidir. Bizim digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır və Balkanlarda belə bir çıxışımız olmalıdır. Avropada interkonnektorların sayı mütləq artırılmalıdır”.

31 May 2023
Siyasət

İlham Əliyev 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında iştirak edib.

31 May 2023
Siyasət

Prezident: “Azərbaycanın nəhəng bərpa olunan enerji potensialı var”

“Azərbaycanın nəhəng bərpa olunan enerji potensialı var. Onun artıq ilkin hesablaması aparılıb, 157 giqavat həcm yalnız Xəzər dənizindədir. Quruda isə bizim potensialımız çox böyükdür. Beynəlxalq investorlarla imzalanmış iki müqavilə növbəti bir il, ya da il yarım ərzində 500 meqavata yaxın yaşıl enerji əldə etməyə imkan verəcək”.

31 May 2023
Siyasət

Məktəbəhazırlıq qruplarında məşğələlər bu gün başa çatıb

Bu gün məktəbəhazırlıq qruplarında son məşğələ keçirilib.