Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri heç zaman unudulmayacaq.
Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibi - sədr müavini, Baş nazirin müavini Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, müstəqil Azərbaycan dövləti ulu öndər Heydər Əliyev tərəfindən yaradılıb:
“Azərbaycan xalqı hər zaman bu dövlətin yaradıcısı və qurucusunu, ümummilli lider Heydər Əliyevi yad edəcək, onun xatirəsini anacaq. Bu, Azərbaycanda bir ənənəyə çevrilib. Hesab edirəm ki, bu, dövlətçilik ənənəsidir, eyni zamanda xalqın dövlətin yaradıcısına etimadı, onun şəxsiyyətinə, xatirəsinə olan hörmət və ehtiramıdır, eləcə də öz dövlətinə olan ehtiramının ifadəsidir”.
Prezident İlham Əliyev Orxan Çingiz oğlu Mürsəlovun Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının güləş yarışlarının ilk günündə Azərbaycan idmançıları 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva güləşçilərimizin V İslam Həmrəyliyi Oyunlarındakı çıxışlarına baxıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Ramtan Lamamranı qəbul edib.