Fevralın 1-də Səhiyyə Nazirliyinin Elektron Səhiyyə mərkəzində mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə mərkəzin rəhbəri Nailə Daşdəmirova fəaliyyət göstərdiyi iki il ərzində xidmətə ümumilikdə 61452 vətəndaşın müraciət etdiyini bildirib. Bu müraciətlərin 43062-si (70 faiz) sorğu xarakterli, 8299-u (14 faiz) müalicə ilə əlaqədar olub. Bundan əlavə ötən müddət ərzində vətəndaşlardan yalnız 365 şikayət daxil olub. Bu şikayətlər müvafiq səhiyyə orqanları tərəfindən operativ araşdırılıb. Bəziləri əsassız sayılıb, digərləri ilə bağlı müvafiq tədbirlər görülüb. Əhaliyə göstərilən operativ, keyfiyyətli xidmətə görə 500 vətəndaş ES xidmətinə öz təşəkkürünü bildirilib.
Səhiyyə Nazirliyinin “9103-Qaynar xətt” xidməti haqqında məlumat verən N.Daşdəmirova qeyd edib ki, bura iki il ərzində cəmi 30576 müraciət daxil olub. Müraciətlərin 19008-i (62 faiz) sorğu xarakterlidir. Elektron Səhiyyə Mərkəzinin əsas məqsədi “Qaynar xətt” xidmətinin fəaliyyətini daha müasirləşdirərək “Asan xidmət” prinsipi ilə hər bir vətəndaşın müraciətinin yerində operativ həllidir.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elektron Səhiyyə mərkəzi Prezident İlham Əliyevin vətəndaşların müraciət, rəy, xahiş, təklif və şikayətlərinin operativ və asan həlli, habelə, korrupsiya hallarının qarşısının alınması sahəsində göstərişlərinin icrası məqsədilə xüsusi tapşırığı və bundan irəli gələn səhiyyə nazirinin imzaladığı əmr əsasında yaradılıb.
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.
İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.
24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.
Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.