Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Hökumət Təlim-Tədris Mərkəzi (EHTTM) informasiya texnologiyaları sahəsi üzrə təlim-tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə öz fəaliyyətini genişləndirir. Belə ki, mərkəz şəbəkə texnologiyaları üzrə dünyanın ən nüfuzlu şirkəti olan "Cisco" şirkətinin rəsmi "Şəbəkə Akademiyası" statusunu qazanıb. Mərkəzdə yaradılan "Cisco Şəbəkə Akademiyası" informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq istəyən mütəxəssislər və eyni zamanda bu sahəyə marağı olan şəxslər üçün nəzərdə tutulub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, mərkəzin yeni statusa sahib olması şəbəkə texnologiyaları sahəsi üzrə rəsmi təlimlər təşkil etməyə imkan verir. Bu təlimlər iştirakçılara şəbəkə inzibatçılığı sahəsində başlanğıc və yüksək səviyyəli biliklərin öyrədilməsi ilə yanaşı, onlara yeni karyera qurmaq və işlərində yüksəlmək üçün imkanlar yaradır.
Qeyd edək ki, dünyanın 170-dən çox ölkəsində fəaliyyət göstərən "Cisco Şəbəkə Akademiyası"nda dərslər "Cisco" şirkətinin beynəlxalq proqramına əsaslanır və peşəkar, sertifikatlı mütəxəssislər tərəfindən keçirilir. Təlim kurslarında iştirak etməklə tələbələr yeni şəbəkələr, şəbəkə inzibatçılığı, təhlükəsizlik və "bulud" texnologiyaları nəzəriyyələrini öyrənir, təqdim olunan materiallardan, təlimatçının köməyindən, praktiki laboratoriyalarda real və virtual sistemlərdən istifadə edərək, biliklərini artırırlar və rəsmi onlayn resurslarına çıxış imkanı qazanırlar.
EHTTM-də yaxın vaxtlarda keçiriləcək təlimlər sayəsində tələbələr "Cisco sertifikatlı şəbəkə mütəxəssisi" (CCNA) və ya "Cisco sertifikatlı şəbəkə peşəkarı" (CCNP) statuslarını qazanmaq üçün beynəlxalq imtahanlara hazırlaşa biləcək və real tədris laboratoriyası üzərində praktiki biliklər qazanacaq. Təlimlərdə uğurla iştirak edən tələbələr Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və "Cisco Şəbəkə Akademiyası"nın sertifikatına sahib olacaq ki, bu da öz növbəsində onlar üçün geniş imkanlar yaradacaq.
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.